XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Azərbaycan çempionatında mübarizə davam edir
İdman 19:35 / 14.11.2022
Həndbol üzrə Azərbaycan çempionatı davam edir. Kişilərin mübarizəsində ikinci turun görüşləri keçirilib. Növbəti oyun günündə meydançaya əvvəlcə "Bakı” və "Məhsul” komandaları çıxıblar. Rəqiblərin ilk turdakı oyunu 29-28 hesabı ilə nəticələnmişdi. Azarkeşləri önünə revanş hissi ilə çıxan son çempion çox çalışsa da, istəyini reallaşdıra bilməyib. Baxmayaraq ki, ilk hissə 14:9 hesabı ilə "Bakı”nın xeyrinə başa çatıb. Amma, fasilədən sonra yüksək əzmkarlıq göstərən "Məhsul” hesabda tarazlıq yaratmağı bacarıb - 21:21.
Qalibi müəyyənləşdirən penaltilər seriyasında isə zərbələri daha dəqiq yerinə yetirən "Məhsul” komandası çempion üzərində ardıcıl ikinci qələbəsini rəsmiləşdirib – 25:24.
Günün digər oyunlarında "İdman Akademiyası” kollektivi RİOEUGİM komandasına 34:30 hesabı ilə qalib gəlib.
"U-16” – "Təhsil” görüşü isə 22:46 hesabı ilə başa çatıb.


23956 oxunub

InvestAZ