XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Kimpembeni əvəzlədilər
İdman 21:29 / 14.11.2022
Fransa millisi DÇ-2022 ərəfəsində daha bir itki ilə üzləşib.
Fransa Futbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, PSJ-nin müdafiəçisi Presnel Kimpembe zədə səbəbindən Qətərdəki mundialda iştirak etməyəcək. Onun əvəzinə "Monako”nun mərkəz müdafiəçisi Aksel Disasi yığma komandaya çağırılıb.
Xatırladaq ki, millinin üzvləri Pol Poqba və Nqolo Kante də zədə səbəbindən mundialı buraxacaq.
Qeyd edək ki, Fransa millisi noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək mundialda Danimarka, Avstraliya və Tunislə birlikdə D qrupunda mübarizə aparacaq.


23748 oxunub

InvestAZ