Şəkidə "İdman festivalı 2022"yə start verilib. Şəki Olimpiya İdman Kompleksində təşkil olunan keçirilən festivalda 23 idman növü üzrə 149 idmançı, 35 məşqçi iştirak edir. Festival noyabrın 19-dək davam edəcək.
Festivalın ilk üç günü idmançılar üçün əyləncəli-maarifləndirici fəaliyyətlər və ustad dərsləri təşkil olunacaq. Növbəti günlərdə isə idmançılar şəhər mərkəzində quraşdırılan səhnədə nümunəvi çıxışlar edəcəklər. Bəzi idman növlərində isə izləyicilər də çıxışlara qatılacaqlar.
30046 oxunub