XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Peres nə fikirləşir?
İdman 17:28 / 13.11.2022
"Roma"nın baş məşqçisi Joze Mourinyo Madrid "Real"ına qayıda bilər. Madrid təmsilçisinin hazırkı çalışdırıcısı Karlo Ançelotti 2022/2023 mövsümünün sonu karyerasını başa vurarsa, bu baş verə bilər. Bildirilib ki, portuqaliyalı mütəxəssis "Roma" ilə yeni müqavilə ilə bağlı danışıqlar aparmır. Bu məsələdə nə məşqçi, nə də klub rəhbərliyi təşəbbüs göstərir. Hazırkı müqavilənin müddəti 2024-cü ilin yayında başa çatır. "Real"ın prezidenti Florentino Peres ​ 2010-2013-cü illərdə klubu çalışdıran Mourinyo ilə maraqlanır. Qeyd edək ki, "Real" Mourinyonun rəhbərliyi altında La Liqanın, İspaniya kubokunu və İspaniya Superkubokunu qazanıb.

24797 oxunub

InvestAZ