XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



DÇ-2022: Qətərə zədə səbəbindən getməyən ulduzlar
İdman 15:44 / 13.11.2022
Qətərdə keçiriləcək dünya çempionatını zədə səbəbindən buraxacaq futbolçulardan ibarət "11-lik” açıqlanıb. Siyahıda müxtəlif millilərin üzvləri yer alıb.

4-3-3 sxeminə uyğun qurulan rəmzi komandaya Braziliya və Fransa yığmasından kənarda qalan 2 oyunçu düşüb.

Qapıçı:​ Maksim Krepo (Kanada);
Müdafiəçilər:​ Serxi Roberto (İspaniya), Dieqo Karlos (Braziliya), Ronald Arauxo (Uruqvay), Ben Kiluell (İngiltərə);
Yarımmüdafiəçilər:​ Corcinyo Veynaldum (Niderland), Nqolo Kante, Pol Poqba (hər ikisi Fransa);
Hücumçular:​ Filipp Koutinyo (Braziliya), Timo Verner (Almaniya), Dioqo Jota (Portuqaliya).

Adları sadalananlarla yanaşı, Yuta Nakayama (Yaponiya), Joao Roxas (Ekvador), Tarik Tissudali (Mərakeş) və Mauro Arambarri (Uruqvay) də zədə ucbatından mundiala yollanmayacaq. Həmçinin Riis Ceyms (İngiltərə), Xesus Korona (Meksika), Covanni Lo Selso (Argentina), Dieqo Qodin (Uruqvay), Mikel Oyarzabal (İspaniya), Sadio Mane (Seneqal) kimi oyunçuların da durumu qeyri-müəyyəndir.

Qeyd edək ki, Qətərdə keçiriləcək DÇ-2022 noyabrın 20-də start götürəcək.

25248 oxunub

InvestAZ