XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Stolüstü tennisçilərimiz Çexiyaya yollanıblar
İdman 18:41 / 12.11.2022
İstedadlı stolüstü tennisçimiz Onur Quluzadə Avropa Stolüstü Tennis Federasiyasının təşkil etdiyi "Eurotalents Development Camp” toplanışına yollanıb. İdmançımız noyabrın 13-dən 20-dək Çexiyanın Havirov şəhərində keçiriləcək təlim-məşq toplanışına milli komandanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə iştirak edəcək. Havirov sınaqları həmin layihə çərçivəsində ilin sayca dördüncü və sonuncu toplanışıdır.
Qeyd edək ki, qitənin istedadlı tennisçiləri indiyədək Slovakiya, Rumıniya və Fransada bir araya gəliblər.


26328 oxunub

InvestAZ