XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



AGF-in 3 nümayəndəsi Avropa Gimnastikasında təmsil oluna bilər
İdman 17:19 / 12.11.2022
Dekabrın 2-3-də Portuqaliyanın Albufeira şəhərində Avropa Gimnastikasının 29-cu konqresi təşkil olunacaq. Konqres çərçivəsində qurumun rəhbərliyi, texniki komitələri və komissiyalarına seçkilər keçiriləcək. AGF tərəfindən Yevgeniya Vilyayevanın bədii gimnastika, Ruslan Eyvazovun gimnastika hamı üçün, İnara İsrafilbəyovanın isə "TeamGym” idman növü üzrə Avropa Gimnastikasının texniki komitələrinin üzvlüyünə namizədlikləri irəli sürülüb.
AGF yarandığı dövrdən Avropa və beynəlxalq gimnastika qurumları ilə sıx əməkdaşlıq edir. Ötən il AGF-in idman direktoru, təmsilçimiz Natalya Bulanova Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bədii gimnastika üzrə Texniki Komitəsinə, bədii gimnastika üzrə Azərbaycan yığma komandasının məşqçisi Siyana Vasileva isə Atletlər Komissiyasına üzv seçiliblər.


28651 oxunub

InvestAZ