XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Bakı çempionatının ilk qalibləri
İdman 12:34 / 12.11.2022

Qadınlar və kişilər arasında cüdo üzrə Bakı çempionatında ilk qaliblər müəyyənləşib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı şəhərinin Hövsan qəsəbəsində yerləşən İdman-sağlamlıq klubunun idman arenasında keçirilən yarışın ilk günündə qadınlar və kişilər arasında 3 çəki dərəcəsində 190 idmançı medallar uğrunda mübarizə aparıb.

Qadınların yarışında Leyla Dəmirova (48 kq), Xədicə Qədəşova (57 kq), Nigar Əlibəyli (63 kq), kişilər arasında isə Nizami İmranov (60 kq), Asim Qulamzadə (73 kq), Elcan Şəfiyev (81 kq) qalib adını qazanıblar.

Bakı çempionatına bu gün yekun vurulacaq.

Yarışda paytaxt Bakının müxtəlif klublarından, cəmiyyətlərindən və idman təşkilatlarından 303 (262 kişi, 41 qadın) cüdoçu medallar uğrunda mübarizə aparır.

Turnirin əsas məqsədi bu il dekabrın 2-5-də keçiriləcək Azərbaycan çempionatına namizədlərin seçimidir. Eyni zamanda, gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formalaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.

23212 oxunub

InvestAZ