SON XƏBƏRLƏR
-
Bugün, 20:12
İdman“Qərbi Azərbaycanın idman tarixi” kitabının təqdimatı keçiriləcək
-
Bugün, 15:48
İdmanMilli güləşçimizin irəvanlı pəhləvanı: Firudin Qurbanov - 80
-
19.10.2026, 17:13
İdmanAzərbaycan Su İdmanı Federasiyasının təmsilçiləri beynəlxalq yarışda ikinci yer tutublar
-
19.10.2026, 15:48
İdmanAğırlıqqaldıranımız Avropa birinciliyində 3 medal qazanıb
-
19.10.2026, 14:53
İdmanAzərbaycanda sumonun inkişaf perspektivləri müzakirə edilib
-
19.10.2026, 12:51
İdman“Turan Tovuz”dan Premyer Liqada 50-ci məğlubiyyət
-
19.10.2026, 12:42
İdman“Judo Club 2012” ilk dəfə Çempionlar Liqasında Azərbaycanı təmsil edəcək
-
19.10.2026, 11:20
İdmanMisli Premyer Liqasında tamaşaçı rekordu
-
19.10.2026, 11:12
İdmanMilli Qəhrəman Pəncəli Teymurovun xatirəsinə güləş turniri keçirilib
-
19.10.2026, 10:53
İdmanAzərbaycan Basketbol Liqasında daha bir oyun keçiriləcək
-
19.10.2026, 10:37
İdmanAzərbaycanın qadın sablyaçılardan ibarət millisi Dünya Kubokunda 4-cü yeri tutub
-
19.10.2026, 10:04
İdmanGimnastlarımız Dünya Kuboku seriyalarının qalibi olublar
-
19.10.2026, 09:39
İdmanCüdoçularımız Asiya Açıq Turnirini 14 medalla başa vurublar
-
18.10.2026, 09:06
GündəmBirinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib
-
18.10.2026, 01:22
GündəmBu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
-
17.10.2026, 00:57
GündəmPrezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
-
17.10.2026, 00:53
İdmanMilli Paralimpiya Komitəsinin 30 illik yubileyi qeyd edilib
-
16.10.2026, 13:08
GündəmAzərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
-
16.10.2026, 12:09
GündəmVüqar Zifəoğlu Mətbuat Şurasına yeni sədr seçildi
-
16.10.2026, 10:44
GündəmJurnalistlərin IX qurultayında Prezident İlham Əliyevə müraciət ünvanlanıb
-
16.10.2026, 09:40
İdmanBeynəlxalq və xarici ölkələrin milli paralimpiya komitələrinin nümayəndə heyəti ilə görüş olub
-
09.10.2026, 16:15
İdmanIII Beynəlxalq Xankəndi Ultramarafonu: İkinci mərhələnin qalibləri müəyyənləşib
-
09.10.2026, 15:12
İdmanBakıda Avropa Su İdmanı Federasiyasının inklüzivliyə həsr olunmuş konfransı keçirilib
-
09.10.2026, 13:34
İdmanZelim Kotsoyev dünya çempionatında mübarizəni dayandırdı
-
09.10.2026, 12:51
MOKMOK-un nümayəndə heyəti AOK-un 46-cı Seminarı və Olimpiya Həmrəyliyi Formunda iştirak edir
-
09.10.2026, 11:28
İdmanAzərbaycan Premyer Liqasında yeddinci tura start verilir
-
09.10.2026, 11:09
İdmanBasketbol Liqasında ikinci tur başlayır
-
09.10.2026, 10:55
İdmanOlimpiya çempionumuz dünya çempionatına qələbə ilə başladı
-
09.10.2026, 10:36
İdman8 boksçumuz Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
-
09.10.2026, 10:01
İdmanOlimpiya çempionumuz dünya çempionatında mübarizəyə başlayır
-
08.10.2026, 18:41
İdmanDünya çempionatı: Murad Fətiyev bürünc medal qazandı
-
08.10.2026, 15:56
MOKMOK-un nümayəndə heyəti AOK-un 46-cı Seminarı və BOK-un Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcək
-
08.10.2026, 15:49
İdmanCüdo üzrə dünya çempionatına həsr olunmuş "Tarixə toxunan" adlı sərgi açılıb
-
08.10.2026, 15:18
İdmanDünya çempionatı: Murad Fətiyev bürünc medal uğrunda yarışacaq
“Qərbi Azərbaycanın idman tarixi” kitabının təqdimatı keçiriləcək
İdman
Bugün, 20:12
Noyabrın 3-də “Qərbi Azərbaycanın idman tarixi” monoqrafiyasının təqdimat mərasimi keçiriləcək. Pedaqogika üzrə elmlər doktoru, professor Dilqəm Quliyevin müəllifi olduğu nəşr Qərbi Azərbaycanın bədən tərbiyəsi və idman tarixinin araşdırılmasına həsr olunub.
Olimpiyadunyasi.com xəbər verir ki, monoqrafiya Prezident İlham Əliyevin 24 dekabr 2022-ci il tarixli müraciətinə töhfə və cavab olaraq hazırlanıb. Nəşrin ilk nüsxəsi Azərbaycan Respublikasının Prezidentinə göndərilib. Azərbaycan İdman Akademiyasının Elmi Şurasının 14 iyul 2023-cü il tarixli, 13 saylı protokolu ilə bəyənilən monoqrafiyanın təqdimatının keçirilməsi də məqsədəuyğun hesab edilib.
Kitabda Ümummilli Lider Heydər Əliyevin Qərbi Azərbaycanla bağlı fikirləri, fərman və sərəncamları, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə, dövlətin bədən tərbiyəsi və idman siyasəti, eləcə də Qərbi Azərbaycandan olan ziyalılarla görüşlər əksini tapıb.
Monoqrafiyanın əsas istiqamətlərindən birini Qərbi Azərbaycanın idman tarixi və bu bölgəni təmsil edən idmançıların beynəlxalq arenadakı nailiyyətləri təşkil edir. Nəşrdə Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında, eləcə də digər beynəlxalq yarışlarda uğur qazanan 200-ə yaxın tanınmış idmançı haqqında məlumat verilir. Bununla yanaşı, bölgədə kütləvi idmanın inkişafı məsələlərinə də toxunulur.
Qərbi Azərbaycan idmançılarının tarixini geniş və sistemli şəkildə əhatə edən ilk nəşr kimi təqdim olunan monoqrafiya yerli və xarici ədəbiyyatların, o cümlədən ingilis, rus, alman və fransız dillərində olan mənbələrin təhlili əsasında hazırlanıb. Müəllif mövcud tədqiqatları təkrarlamaqla kifayətlənməyib, araşdırma materiallarını zənginləşdirməyə çalışıb.
200 kompüter səhifəsindən ibarət olan kitab giriş, 8 fəsil və 37 yarımfəsli əhatə edir. Nəşrdə rus və ingilis dillərində xülasələr, həmçinin 206 adda istifadə olunmuş ədəbiyyatın siyahısı yer alıb.
Elmi-publisistik üslubda qələmə alınan monoqrafiya tarixi faktların təqdimatı ilə yanaşı, dözümlülük və tolerantlıq ideyalarını da ön plana çəkir.