SON XƏBƏRLƏR
-
Bugün, 14:09
İdmanAzərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
-
Bugün, 13:22
İdman2027-ci ildə keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlanıb
-
Bugün, 11:55
İdmanŞahmat komandalarımız 46-cı Ümumdünya Şahmat Olimpiadasında mübarizəyə başlayır
-
Bugün, 11:39
İdmanStolüstü tennisçilərimiz Belçikanın açıq çempionatında çıxış edəcəklər
-
Bugün, 10:05
İdmanSahildən balıqtutma üzrə Azərbaycan çempionatı keçiriləcək
-
15.09.2026, 20:11
İdmanAzərbaycan İdman Akademiyasına yeni qəbul olunmuş tələbələrlə görüş olub
-
15.09.2026, 12:26
İdmanÇoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatı yekunlaşdı
-
15.09.2026, 11:28
İdman“Sabah” mövsümə rekordla başladı
-
15.09.2026, 10:57
İdman"Araz-Naxçıvan"dan Azərbaycan çempionatlarının yüksək dəstəsində 150-ci qol
-
15.09.2026, 00:10
İdmanAzərbaycan cüdoçuları Olimpiya Təlim Düşərgəsinə qatılıblar
-
14.09.2026, 23:25
İdmanAzərbaycan idmançıları dünya çempionatında 3 bürünc medal qazanıblar
-
14.09.2026, 22:18
İdmanYelkən idmanı üzrə açıq Azərbaycan çempionatına yekun vurulub
-
14.09.2026, 16:11
İdmanBoksçularımız Avropa çempionatında iştirak edəcəklər
-
14.09.2026, 15:25
İdmanBasketbol məşqçiləri üçün seminar və imtahanlar keçirilib
-
14.09.2026, 14:03
MOKPauerliftinq və benç-press üzrə Azərbaycan Kuboku keçirilib
-
14.09.2026, 13:11
İdmanAzərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
-
14.09.2026, 12:59
MOK“Elite polo club” çempion oldu
-
14.09.2026, 12:53
İdmanYelkən idmanı üzrə açıq Azərbaycan çempionatında ikinci yarış günü başa çatıb
-
14.09.2026, 11:12
MOKAzərbaycan komandası FIBA Çempionlar Liqasında mübarizəyə başlayır
-
14.09.2026, 10:36
İdmanMilli komandalarımız Çində beynəlxalq təlim-məşq toplanışda iştirak edib, ardınca yarışda mübarizə aparacaqlar
-
14.09.2026, 10:03
İdmanAzərbaycan cüdoçuları lisenziya xarakterli yarışda 3 medal qazandılar
-
13.09.2026, 22:43
İdmanİslam Həmrəyliyi İdman Assosiasiyasının Baş Katibliyinin üzvü vəfat edib
-
12.09.2026, 21:01
MOKAzərbaycan nümayəndə heyəti ISSA-nın 15-ci Baş Assambleyasında iştirak edib
-
12.09.2026, 19:28
MOKMOK-un vitse-prezidenti Çingiz Hüseynzadə yüksək fəaliyyətinə görə Təşəkkürnamə ilə təltif olunub
-
11.09.2026, 18:56
İdmanİdman Qazaxda birləşir: Təcrübədən gələcəyə körpü
-
11.09.2026, 18:15
İdmanYunan-Roma güləşçilərimiz toplanışa başlayırlar
-
11.09.2026, 17:03
İdmanAzərbaycan Atletika Federasiyasında hakimlərlə görüş keçirilib
-
10.09.2026, 15:08
İdmanTürkiyə yelkənçiləri Bakıda
-
10.09.2026, 14:38
İdmanRəşad Nəbiyev yeniyetmə və gənclərdən ibarət milli komandaların üzvləri ilə görüşüb
-
10.09.2026, 13:31
İdmanFederasiya prezidenti yeniyetmə voleybolçularla görüşüb
-
10.09.2026, 11:40
İdmanYelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
-
10.09.2026, 11:40
İdmanYelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
-
10.09.2026, 10:17
İdmanAzərbaycan İdman Akademiyasında ekspert Ceyms Bidlin rəhbərliyi ilə dəyirmi masa keçirilib
-
09.09.2026, 17:50
MOKİtaliyada MOK-ların II rəqəmsal kommunikasiyalar seminarı keçirilir
2027-ci ildə keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlanıb
İdman
Bugün, 13:22
Formula 1 və Beynəlxalq Avtomobil Federasiyası (FIA) Ümumdünya Avtoidman Şurasının təsdiqindən sonra 2027-ci ildə keçiriləcək Formula 1 üzrə dünya çempionatının təqvimini açıqlayıb.
Olimpiyadunyasi.com Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə istinadən xəbər verir ki, Azərbaycan Qran-prisi sentyabrın 24-26-da baş tutacaq.
2027-ci il mövsümü martın 12–14-də keçiriləcək Bəhreyn Qran-prisi ilə başlayacaq. Dünya çempionatının sonuncu yarışı isə dekabrın 10–12-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində baş tutacaq.
Çempionat 22 ölkədə keçirilməklə 24 mərhələdən ibarət olacaq. 2027-ci ildə sprint yarışlarının sayı 6-dan 10-a çatdırılacaq. Mövsümün ilk rəsmi mövsümöncəsi testləri isə fevralın 24–27-də Bəhreyndəki "Sahir" trasında baş tutacaq.
"2027-ci il FIA Formula 1 üzrə dünya çempionatının təqvimi idmanımızın qlobal miqyasda artan populyarlığını və davamlı inkişafını aydın şəkildə nümayiş etdirir. Beş qitədə 24 Qran-prinin keçirilməsi, Portuqaliya və Türkiyənin təqvimə qayıtması, eləcə də sprint yarışları proqramının genişləndirilməsi ən yüksək idman standartlarını qorumaqla ənənələri, yenilikləri və azarkeş marağını bir araya gətirir. Formula 1 rəhbərliyinə, promouterlərə, milli idman federasiyalarına, FIA-nın rəsmilərinə və könüllülərinə, eləcə də bütün tərəfdaşlarımıza əməkdaşlığa və göstərdikləri səylərə görə təşəkkür edirəm. Birgə fəaliyyətimizlə FIA Formula 1 üzrə dünya çempionatını daha da gücləndirməyə və həm iştirakçılar, həm də dünyanın hər yerindəki azarkeşlər üçün möhtəşəm mövsüm keçirməyə davam edirik", - deyə FIA-nın prezidenti Məhəmməd ben Sulayem bildirib.
Formula 1-in prezidenti və baş icraçı direktoru Stefano Domenikali də fikirlərini bölüşüb:
"2027-ci il təqvimi dünyanın ən məşhur traslarından və ən dinamik şəhərlərindən bəzilərini bir araya gətirərək Formula 1-in daha bir unudulmaz mövsümü üçün möhtəşəm səhnə yaradır. Portuqaliya və Türkiyənin çempionata qayıtmasından, eləcə də sprint yarışlarının sayının 10-a çatdırılmasından məmnunuq. Bu, azarkeşlərə Formula 1-i bu qədər xüsusi edən daha gərgin mübarizə, dramatik anlar və təkər-təkərə duellər vəd edir. Formula 1 bütün dünyada inkişafını davam etdirir və yeni auditoriyalar qazanır. Dünyanın hər yerindən azarkeşlərimizə təşəkkür edirəm - gördüyümüz hər bir işin arxasında məhz onların bu idmana olan sevgisi dayanır. Həmçinin, FIA prezidenti Məhəmməd ben Sulayemə və FIA-ya, komandalarımıza və pilotlarımıza, promouterlərə, tərəfdaşlara, sponsorlara və yarışlara ev sahibliyi edən şəhərlərə davamlı dəstəklərinə və əməkdaşlıqlarına görə təşəkkür edirəm. Hər bir Qran-prinin keçirilməsini mümkün edən könüllülərin, marşalların və rəsmilərin fədakar əməyini də xüsusi qeyd etmək istərdim".
Beləliklə, 2026 və 2027-ci illərdə Azərbaycan Qran-prisi eyni tarixdə - 24–26 sentyabrda keçiriləcək.