SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Cüdoçumuz veteranlar arasında dünya çempionu olub

Cüdoçumuz veteranlar arasında dünya çempionu olub 

İdman

20.09.2026, 22:29

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə veteranlar arasında dünya çempionatı start götürüb.

Olimpnews.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan komandası M1 yaş kateqoriyasında 1 qızıl və 3 bürünc medal qazanıb.

100 kq çəki dərəcəsində mübarizə aparan Məmmədəli Mehdiyev bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub.

Əbülfət İsmayılov (-60 kq), Mahir Abbasov (-81 kq) və Coşqun Abdullayev (-90 kq) isə bürünc medala yiyələniblər.

Qeyd edək ki, Azərbaycan dünya çempionatında 30 cüdoçu ilə təmsil olunur.

Dİgər xəbərlər