SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının üçüncü mərhələsinin qalibləri mükafatlandırıldı

\"Bakı–Xankəndi\" Azərbaycan velosiped yarışının üçüncü mərhələsinin qalibləri mükafatlandırıldı

İdman

12.05.2026, 14:25

"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının üçüncü mərhələsinin medalçıları mükafatlandırıb.

olimpiyadunyasi.com xəbər verir ki, tədbirdə Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti, turnirin Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov iştirak ediblər.

Qazaxıstanın "Astana" komandasının rusiyalı üzvü Qleb Suritsaya qızıl, belçikalı Dyupon Timotiyə ("Tarteletto-İsorex") gümüş, ekvadorlu Pita Kristian Davidə ("Roojai İnsurance Winspace") bürünc medal təqdim olunub.

Xatırladaq ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Beş mərhələdən ibarət olan yarışın mükafat fondu 50 000 avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.

Turnirin son mərhələsi Xankəndi şəhərində baş tutacaq.

Dİgər xəbərlər