SON XƏBƏRLƏR
-
03.09.2026, 20:31
İdmanDünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
-
03.09.2026, 14:59
MOK"Kəpəz"in futbolçularına danışılmış oyunlarla bağlı seminar keçirilib
-
03.09.2026, 13:10
İdmanAvarçəkmə və kanoe üzrə Azərbaycan çempionatına yekun vurulub
-
03.09.2026, 12:23
İdmanAzərbaycanın ilk qadın idman ustası, Əməkdar artist, diktor Züleyxa Hacıyeva vəfat edib
-
02.09.2026, 22:08
İdmanNazir ötən ay beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb
-
02.09.2026, 15:26
İdmanAzərbaycanın çimərlik futbolu millisi dünya reytinqində irəliləyib
-
02.09.2026, 14:18
İdmanMilli Paralimpiya Komitəsi paraatletika üzrə Açıq Qapı Günü keçirəcək
-
02.09.2026, 13:30
İdmanAzərbaycanın atletika məşqçiləri üçün seminar keçirilib
-
02.09.2026, 12:49
İdmanAğırlıqqaldıranımız antidopinq qaydalarını pozduğu üçün cəzalandırılıb
-
02.09.2026, 10:11
İdmanAvarçəkmə və kanoe üzrə Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşib
-
01.09.2026, 23:53
İdmanMillimizin üzvü karyerasını başa vurdu
-
01.09.2026, 23:33
İdmanMillimiz Avropa çempionatında mübarizəni dayandırdı
-
01.09.2026, 22:15
İdmanFaiq Qarayevə Türkiyə Voleybol Federasiyası tərəfindən mükafat verilib
-
01.09.2026, 16:14
İdmanAAF Prezidenti Kamran Nəbizadə Avropa birinciliyində 15 medal qazanmış komanda üzvləri ilə görüşüb
-
01.09.2026, 11:56
İdmanAzərbaycan Premyer Liqasında son 10 mövsümün antirekordu
-
01.09.2026, 11:44
İdmanMudrik "Tottenhem"də
-
01.09.2026, 11:37
İdmanİdmançımız 2 il müddətinə diskvalifikasiya edilib
-
01.09.2026, 10:50
İdmanRobert Sançes İtaliyaya yollanır
-
01.09.2026, 10:02
İdmanVoleybol millimiz AVRO-2026-da 1/8 final oyununa çıxır
-
01.09.2026, 02:09
İdman"Barselona" La Liqada yeniden liderliyə yüksəldi
-
31.08.2026, 22:19
İdman"Aquatic Palace Mini Water Polo Festival" keçirilib
-
31.08.2026, 18:11
İdmanCüdo millimiz beynəlxalq turnirdə 11 medalla birinci oldu
-
31.08.2026, 17:09
İdmanAzərbaycan Su İdman Növləri Federasiyası "Yay məktəbi" təşkil edəcək
-
31.08.2026, 16:55
İdmanKadet boksçular arasında Azərbaycan Kuboku keçiriləcək
-
31.08.2026, 16:32
İdmanGənc cüdoçularımız Avropa çempionatında iştirak edəcəklər
-
31.08.2026, 16:29
İdmanAzərbaycan Basketbol Federasiyası məşqçilər üçün seminar və imtahan təşkil edəcək
-
31.08.2026, 16:04
İdmanAzərbaycan idmançıları kapoeyra üzrə beynəlxalq turnirdə altı medal qazanıblar
-
31.08.2026, 12:13
İdmanAzərbaycan Premyer Liqasında III tura iki oyunla yekun vurulacaq
-
31.08.2026, 10:27
İdmanBoccia üzrə dünya çempionatında bürünc medal
-
29.08.2026, 16:32
İdmanUğursuzluq müvəqqəti, ləyaqət əbədidir...
-
29.08.2026, 02:21
İdman6 idmançımız çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib
-
28.08.2026, 23:23
İdmanAzərbaycan millisi Avropa çempionatının 1/8 finalında Türkiyə yığması ilə üz-üzə gələcək
-
28.08.2026, 20:40
İdmanAvropa çempionatı: Voleybol millimiz qrupdakı son oyunda məğlub oldu
-
28.08.2026, 18:17
İdmanAvarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək
AMADA 2027-ci ildən qüvvəyə minəcək yeni antidopinq qaydalarındakı əsas dəyişiklikləri açıqlayıb
İdman
13.05.2026, 11:30
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək yeni antidopinq qaydalarındakı dəyişiklikləri açıqlayıb.
AMADA-nın mətbuat xidmətindən verilən məlumata görə dəyişikliklər həm dopinq pozuntularına tətbiq olunan sanksiyaları, həm də Terapevtik istifadə üçün istisna (Tİİ) prosedurlarını əhatə edir.
"Yeni qaydalara əsasən, nümunəsində qadağan olunmuş maddə aşkarlanan idmançı ilə bağlı işə xitam verilməsi üçün antidopinq təşkilatları əvvəlcədən WADA-nın təyin etdiyi müstəqil ekspertin rəyini almalı olacaq. Əks halda həmin qurum uyğunsuzluq riski ilə üzləşə bilər. Bundan başqa, şərti olaraq yarış və məşqlərdən kənarlaşdırılan idmançılar qərardan narazı qaldıqları halda əvvəlcə Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən müstəqil İntizam Komitəsinə, daha sonra isə Beynəlxalq İdman Arbitraj Məhkəməsinə müraciət edə biləcəklər".
Bildirilib ki, qaydalardakı digər mühüm yenilik diskvalifikasiya müddətləri ilə bağlıdır:
"Qadağan olunmuş maddənin orqanizmə necə daxil olduğunu və bunun nəticələrə təsir göstərmədiyini sübut edən idmançılar daha yüngül sanksiya ala biləcəklər. Pozuntunu etiraf edən və təklif olunan hüquqi nəticələrlə razılaşan şəxslər üçün də cəzanın müəyyən hissəsinin azaldılması nəzərdə tutulub. Yeni qaydalara əsasən, dopinq pozuntularına görə idmançılara təkcə diskvalifikasiya deyil, maliyyə cərimələri də tətbiq olunacaq. Eyni zamanda, milli federasiyaların antidopinq sahəsində öhdəlikləri sərtləşdirilib və qaydalara əməl etməyən qurumlara qarşı müxtəlif sanksiyalar nəzərdə tutulub".
Qeyd olunub ki, WADA-nın Terapevtik İstifadə üçün İstisnalar üzrə Beynəlxalq Standartında (ISTUE) da bir sıra dəyişikliklər edilib:
"Yeni standartda Tİİ meyarları daha konkret formada müəyyənləşdirilib, retroaktiv müraciət prosedurları genişləndirilib və Tİİ komitələrinin fəaliyyəti ilə bağlı məxfilik, müstəqillik və qərar qəbuletmə mexanizmləri gücləndirilib. Bununla yanaşı, qərarların ADAMS sisteminə daxil edilməsi və müraciət müddətləri ilə bağlı daha dəqiq tələblər müəyyən olunub".