XƏBƏR LENTİ
01 Aprel 2023
31 Mart 2023
30 Mart 2023
29 Mart 2023
28 Mart 2023



III Avropa Oyunlarının maskotu müəyyənləşib
Olimpiya oyunları 13:36 / 20.10.2022
2023-cü ildə Polşanın Krakov və Malapolska şəhərlərinin ev sahibliyi edəcəkləri üçüncü Avropa Oyunlarının ikinci maskotu ictimaiyyətə təqdim olunub. Ötən həftə baş tutan müsabiqədə "Krakuşek” adlı əjdaha maskot olaraq təsdiqlənsə də, daha sonra "Salamandra Sandra” da ikinci maskot kimi seçilib.

Qara və qızılı rəngləri özündə əks etdirən "Salamandra Sandra” adlı kərtənkələ internet istifadəçilərinin səsverməsində cüzi fərqlə məğlub olsa da, təşkilatçılar tərəfindən qəbul edilib.

"Salamandra Sandra”nın dizayneri 10 yaşlı Qloriya Qorik adlı qızdır.

Hər iki maskotun ortaq şüarı isə "Biz birlikdəyik!” olacaq.

Krakov və Malopolskada keçiriləcək Avropa Oyunlarının açılışı mərasimi gələn il iyunun 23-də keçiriləcək.

Yarışda 25 idman növü üzrə proqram təsdiqlənib. Təşkilatçılar güləşin də bura əlavə oluna biləcəyinə ümid edirlər.

Qeyd edək ki, ilk Avropa Oyunlarına 2015-ci ildə Azərbaycan ev sahibliyi edib.

8341 oxunub

InvestAZ