XƏBƏR LENTİ
06 Fevral 2026
05 Fevral 2026
04 Fevral 2026
03 Fevral 2026
02 Fevral 2026
29 Yanvar 2026
28 Yanvar 2026



ABŞ-ın tanınmış mütəxəssisləri güləşçilərimizlə görüşüb
İdman 16:58 / 28.09.2022
ABŞ-ın iki tanınmış güləş mütəxəssisi ölkəmizdə güləşçilərə ustad dərsləri keçiblər. Sərbəst güləş üzrə ikiqat olimpiya, dördqat dünya çempionu Con Smit və qadın güləşi üzrə dünya çempionatının ikiqat bürünc medalçısı Seli Roberts sentyabrın 27-28-də Olimpiya Güləş Mərkəzində milli komandalarımızla tanış olublar. Qonaqlar yeniyetmə və gənc idmançılara master-klas keçməklə yanaşı, müxtəlif məsələlərlə bağlı tövsiyələrini çatdırıblar.
Azərbaycan Güləş Federasiyasının rəhbərliyi tanınmış mütəxəssislərlə görüşərək fikir mübadiləsi aparıb. Qonaqlara xatirə hədiyyələri təqdim olunub.
Qeyd edək ki, amerikalı məşqçilər qarşıdakı üç gündə Astara və Gəncədə yerli güləşçilərə master-klas keçəcəklər.


26482 oxunub

InvestAZ