XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



“Azərbaycanın Olimpiya Odisseyası” layihəsi Lənkəranda
İdman 11:04 / 21.09.2022
"Azərbaycanın Olimpiya Odisseyası” layihəsi çərçivəsində Olimpiya çempionu Nazim Hüseynov haqqında çəkilmiş "İlk qızıl” filmi Lənkəran şəhərində nümayiş olunub.Tədbir iştirakçılarını salamlayan Lənkəran Rayon İcra Hakimiyyətinin başçısının müavini Mikayıl Cəfərzadə Olimpiya çempionlarımızla yeniyetmə və gənclərimizin birbaşa ünsiyyətini təşkil etmək məqsədilə reallaşdırılan bu layihənin əhəmiyyətindən danışıb. O bildirib ki, uşaq, yeniyetmə və gənclər arasında hər bir yaş kateqoriyasına uyğun idmanın təbliğini aparmaq, onların cəmiyyətə sağlam inteqrasiyasını təşkil etmək üçün belə tədbirlər vacibdir. Milli Olimpiya Komitəsinin (MOK) 30 illiyi çərçivəsində reallaşdırılan bu layihə sayəsində cəmiyyətin məhz bu zümrəsi Azərbaycanın Olimpiya Odisseyasının qəhrəmanlarını tanımaq imkanı əldə edirlər. Son illər bütün dünyada gənclər arasında zərərli vərdişlərin artması da ciddi narahatlıq doğurur. Sağlam həyat tərzini təbliğ edən insanalrın həyat hekayələrini dinləmək yeniyetmə və gənclər üçün fərqli bir təcrübədir. MOK-un 30 illik yubileyinə həsr olunan xüsusi hədiyyə Lənkəran Rayon İcra Hakimiyyətinin müavini Mikayıl Cəfərzadəyə təqdim olunduqdan sonra Barselona-1992 Yay Olimpiya Oyunlarının cüdo üzrə (60 kq) Olimpiya çempionu Nazim Hüseynova həsr olunan "İlk qızıl” filmi izlənilib. Tədbir zamanı Olimpiya çempionu Nazim Hüseynov görüş iştirakçılarının suallarını cavablandırıb. Lənkəran Rayon Heydər Əliyev Mərkəzində keçirilən görüşün sonunda idman könüllülərinə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin sertifikatları təqdim olunub.
Qeyd edək ki, "Azərbaycanın Olimpiya Odisseyası” layihəsi çərçivəsində çəkilən sənədli filmlərin nümayişi, Bərdə, Oğuz və Sumqayıtda da baş tutacaq. Ölkəmizin bölgələrində baş tutan layihə MOK-un, Milli Olimpiya Akademiyasının və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.


13207 oxunub

InvestAZ