XƏBƏR LENTİ
24 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026



Futbol millimiz yarımfinala vəsiqə qazandı 
İdman 18:41 / 12.08.2022
V İslam Həmrəyliyi Oyunlarının qrup mərhələsində mübarizə aparan 23 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün son oyununu keçirib. Yarışda yığmamız B qrupundakı sonuncu oyununda Mərakeş komandası ilə üz-üzə gəlib. Oyun heç-heçə başa çatıb (2:2). Komandamızın qollarını 5-ci dəqiqədə İsmayıl İbrahimli və 49-cu dəqiqədə penaltidən Rüfət Abdullazadə vurub. Rəqib komandadan isə 11-ci dəqiqədə Reda Slim və əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə Hamza Reqraqui fərqləniblər.
Bu nəticədən sonra millimiz qrupda ikinci yeri tutaraq yarımfinal mərhələsinə vəsiqə qazanıb. Yarımfinal oyunu avqustun 14-də Bakı vaxtı ilə saat 18:00-da keçiriləcək. Komandamızın rəqibi A qrupunda 3-cü turun qarşılaşmaları başa çatdıqdan sonra müəyyənləşəcək.


27119 oxunub

InvestAZ