XƏBƏR LENTİ
19 İyul 2025
18 İyul 2025
15 İyul 2025
14 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025



Taekvondoçularımız üçün Konya-2021 başa çatdı 
İdman 12:44 / 12.08.2022
Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarının səkkizinci günündə üç taekvondoçumuz dayanq üzərinə çıxıb. Turnirdə 74 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Məhəmməd Məmmədov ilk görüşündə qabonlu Mussa Amar Sisseye qalib gəlib. Ancaq dörddəbir finalda idmançımız Özbəkistan təmsilçisi Casurbek Casurova məğlub olaraq mübarizəni dayandırıb.
Millimizin digər üzvləri Fatimə Məcidova (62 kq) və Radik İsayev (+87 kq) ilk görüşdə məğlub olublar.
Beləliklə, Azərbaycan taekvondoçuları V İslamiadanı 1 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurublar. Belə ki, Fəridə Əzizova (67 kq) qızıl, Minayə Əkbərova (46 kq), Cavad Ağayev (68 kq) gümüş, Patimat Abakarova (49 kq) və Həşim Məhəmmədov (58 kq) isə bürünc medallara yiyələniblər.
Qeyd edək ki, Azərbaycan təmsilçiləri İslamiadada 24 idman növündən 22-sində iştirak edir.


23733 oxunub

InvestAZ