XƏBƏR LENTİ
29 Dekabr 2025
27 Dekabr 2025
26 Dekabr 2025



Masallıda voleybol üzrə rayon turniri keçirilib
İdman 21:59 / 29.12.2025

Masallı Olimpiya Kompleksində "Konstitusiya və Suverenlik İli” çərçivəsində "31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr olunmuş yeniyetmələr arasında voleybol üzrə Masallı rayon turniri keçirilib.

Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin, Masallı Uşaq-Gənclər İdman Şahmat Məktəbinin və Masallı Olimpiya Kompleksinin birgə təşkilatçılığı ilə keçirilən turnirdə müxtəlif ümumtəhsil və idman müəssisələrini təmsil edən 9 komanda iştirak edib. Yarışın əsas məqsədi yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, voleybol idman növünə marağın artırılması, yeniyetmələrin asudə vaxtının səmərəli təşkili, eləcə də milli birlik və həmrəylik ideyalarının təşviqi olub. İki gün davam edən turnir gərgin və maraqlı idman mübarizəsi şəraitində keçib. Komandalar yüksək oyun bacarığı və əzm nümayiş etdirərək qalibiyyət uğrunda mübarizə aparıblar.

Turnirin sonundaqalib komandalar diplomlarla təltif olunublar.


208 oxunub

InvestAZ