XƏBƏR LENTİ
13 Avqust 2022
12 Avqust 2022
11 Avqust 2022
09 Avqust 2022
08 Avqust 2022



“Qarabağın idman tarixi” adlı kitab işıq üzü gördü
İdman 16:08 / 24.06.2022
Milli Olimpiya Komitəsinin aparıcı məsləhətçisi, "Olimpiya dünyası” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Murad Fərzəliyevin redaktorluğu ilə Prezident təqaüdçüsü, Pedaqogika üzrə elmlər doktoru, professor Dilqəm Quliyevin "Qarabağın idman tarixi” adlı kitabı işıq üzü görüb.

Kitab Qarabağın idman tarixini belə geniş əhatə edən ilk nəşrdir.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin xalqa etdiyi: "27 sentyabr tarixindən başlayan İkinci Qarabağ savaşı barədə çox yazılacaq və qazanılan qələbələr qələmə alınacaq” müraciəti bu monoqrafiyanın yazılmasına səbəb olub.

Məlum həqiqətdir ki, müstəmləkəçilik və totaltitar rejim xalqımızın yüz illər ərzində formalaşdırdığı bədən tərbiyəsi və idman ənənələrinə ağır zərbə vurmuşdu. Ölkədə başqa sahələrdə olduğu kimi, bədən tərbiyəsi və idman sahəsində də milli ayrı-seçkilik siyasəti yeridilmiş, Azərbaycanda bədən tərbiyəsi və idmanın dirçəlişinin qarşısını almaq üçün bədən tərbiyəsi və idmanın ənənənləri imperiyanın bədən tərbiyəsi və idmanınin əlavəsinə çevrilmişdi.

Mərkəzdə xüsusi niyyətlə hazırlanmış bədən tərbiyəsi və idmanın tarixinin əsasında duran beynəlmiləlçilik və xalqlar dostluğu prinsipləri bu işdə xüsusilə mənfi rol oynamışdı.

Beləliklə, ötən tarixi dövr ərzində bir sıra uğurlar qazanılmasına baxmayaraq, Qarabağda da bədən tərbiyəsi və idmanın məzmununda milli xüsusiyyətlər kifayət qədər nəzərə alınmayıb, bu işin elmi-pedaqoji strategiyası müasir səviyyədə işlənilməyib.

Buna görə də Qarabağda bədən tərbiyəsi və idmanın yenidən qurulması, onun statusu və strukturunda dəyişikliklər edilməsi, bədən tərbiyəsi və idmanın forma və məzmununun yenidən tədqiq olunmasına ehtiyac var. Çünki bu məsələ yetişməkdə olan gənc nəslin vətənpərvərlik, igidlik və qəhrəmanlıq tərbiyəsi məsələlərilə qırılmaz tellərlə bağlıdır.

Kitabın yazılmasında əsas məqsəd Qarabağın respublika, beynəlxalq, dünya və Avropa çempionatlarında iştirak etmiş məşhur idmançılarının fəaliyyətini təhlil etmək, habelə, Qarabağda Olimpiya və qeyri Olimpiya idman növlərinin inkişafı üçün səyləri bundan sonra da artırmaq və kütləvi hala salmaqdır.

Qarabağın idman şərəfini qoruyan idmançıların həyat fəaliyyətləri və idman nailiyyətləri gənclərimizə böyük örnəkdir. Bütün bunlar təkcə şərəf, şöhrət deyil, həm də gecə-gündüz çalışmaq hesabına başa gələn bir qəhrəmanlıq və fədakarlıqdır.

Bu gün uğurları ilə fəxr etdiyimiz Qarabağın idman həyatı neçə-neçə illər bundan əvvələ gedib çıxır. "Qarabağın idman tarixi” adlı bu kitab Qarabağda kütləvi bədən tərbiyəsi və idmanın XII əsrdən bu günümüzədək keçdiyi inkişaf yoluna işıq salır.

Monoqrafiya 2 fəsil və 12 yarımfəsildən ibarətdir. Həmin bölmələr çoxsaylı düşüncələrdə işlənsə də diqqəti çəkməkdədir. Kitabda oxucuda müəyyən təəssürat yaradır, orijinal fikirlər təbii səsləndiyi üçün oxucunu yormur, incitmir, əksinə onu daha səbrli, dözümlü, tolerant olmağa həvəsləndirir.

Monoqrafiya Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Elmi şurasının «29» dekabr 2020-ci il tarixli iclasında (protokol № 5 ) müzakirə edilərək bəyənilmiş və nəşri məqsədəuyğun sayılıb.

6163 oxunub

InvestAZ