XƏBƏR LENTİ
15 Noyabr 2025
14 Noyabr 2025
13 Noyabr 2025
12 Noyabr 2025
11 Noyabr 2025
10 Noyabr 2025



Fərid Qayıbov İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun prezidenti ilə görüşüb
İdman 14:37 / 24.06.2022

Gənclər və idman naziri Fərid Qayıbov İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (ICYF) prezidenti Taha Ayhanla görüşüb.

İslam Əməkdaşlıq Təşkilatı Gənclər və İdman Nazirlərinin Daimi Şurasının Bakıda keçirilən üçüncü iclası çərçivəsində baş tutan görüş zamanı nazir Fərid Qayıbov qonağın iclasa qatılmağından məmnunluğunu ifadə edib.

Bakıda keçirilən tədbirin ölkəmizlə ICYF arasında əməkdaşlığı növbəti mərhələyə keçməsinə səbəb olacağı qeyd edilib.

Səmimi qəbula görə təşəkkürünü bildirən ICYF prezidenti Taha Ayhan tədbirin yüksək səviyyədə keçirildiyini vurğulayıb.


33054 oxunub

InvestAZ