XƏBƏR LENTİ
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026
22 Fevral 2026
21 Fevral 2026
20 Fevral 2026



Daşkənddə cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start verildi
İdman 09:10 / 27.02.2026

Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə "Böyük Dəbilqə” turnirinə start verilib. 39 ölkədən 370 (209 kişi, 161 qadın) idmançının qatıldığı mötəbər yarışda Azərbaycan millisi də geniş heyətlə təmsil olunur. Komandamız turnirdə 18 idmançı (12 kişi, 6 qadın) ilə mübarizə aparır.

İlk yarış günündə Azərbaycan yığmasının 7 cüdoçusu (4 kişi, 3 qadın) dörd çəki dərəcəsində tatamiyə çıxacaq. Kişilərin yarışında -60 kq çəki dərəcəsində 1/16 final mərhələsində Əhməd Yusifov Özbəkistan təmsilçisi Samariddin Kuçkarovla qarşılaşacaq. Balabəy Ağayev isə Baxrom Boturovla üz-üzə gələcək.

-66 kq çəki dərəcəsində Nizami İmranov Çin idmançısı Minhao Canqla qüvvəsini sınayacaq. Turan Bayramov isə İsrail təmsilçisi Matan Kokolayevlə münasibətlərə aydınlıq gətirəcək.

Qadınların yarışında -48 kq çəki dərəcəsində Könül Əliyeva Özbəkistan idmançısı Sevinç Murodova ilə qarşılaşacaq, Şəfəq Həmidova isə Çin təmsilçisi Venna Cuanqla mübarizə aparacaq. -52 kq çəki dərəcəsində Leyla Əliyeva Rusiya cüdoçusu Liliya Nuqayeva ilə görüşəcək.

Təsnifat mərhələsinin görüşləri saat 09:30-dan,final bloku isə saat 16:00-dan etibarən başlayacaq.



255 oxunub

InvestAZ