XƏBƏR LENTİ
06 Dekabr 2025
05 Dekabr 2025
04 Dekabr 2025
03 Dekabr 2025
02 Dekabr 2025



Azərbaycan çempionatı və Bakı birinciliyinə start verildi
Foto 11:40 / 25.05.2022
Aerobika gimnastikası üzrə Azərbaycan çempionatı və Bakı birinciliyinə start verilib. Bakı Olimpiya İdman Kompleksində keçirilən yarışda "Ocaq Sport” klubu, "Zirvə”, "Grasiya” idman klubları və Sumqayıt Olimpiya İdman Kompleksindən 80 gimnast medallar uğrunda mübarizə aparır.
İdmançılar Bakı birinciliyində balacalar, uşaqlar, yeniyetmələr və gənclər, Azərbaycan çempionatında isə yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyalarında yarışırlar.
Gimnastlar müvafiq yaş kateqoriyalarına uyğun olaraq fərdi, qarışıq cütlük, üçlük və qrup proqramında çıxış edirlər.


55941 oxunub

InvestAZ