XƏBƏR LENTİ
08 Noyabr 2025
07 Noyabr 2025
06 Noyabr 2025
05 Noyabr 2025
04 Noyabr 2025
03 Noyabr 2025
31 Oktyabr 2025



Çingiz Hüseynzadənin Kameruna səfəri davam edir
İdman 16:03 / 12.05.2022
Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti, "Yaunde–2025” İslam Həmrəyliyi Oyunlarının təftiş komissiyasının sədri Çingiz Hüseynzadənin Kameruna səfəri davam edir.

Çingiz Hüseynzadə Kamerunun baş naziri Josef Nguterə ilə görüşüb. Görüş zamanı ölkənin beynəlxalq idman tədbirinə hazırlıq prosesi müzakirə olunub.

Baş nazir İslam Həmrəylik Oyunlarının Kamerunda keçirilməsinin ölkəsi üçün əhəmiyyətli olduğunu vurğulayıb. Bildirilib ki, bunun üçün Yaunde şəhərində idman və qonaqlama infrastrukturu yenilənir, təmir və bərpa olunur.

Qeyd edək ki, 2025-ci ildə VI İslam Həmrəyliyi Oyunlarına Kamerunun ev sahibliyi etməsi planlaşdırılır. Məhz bununla əlaqədar olaraq Yaunde–2025 İslam Həmrəyliyi Təftiş Komissiyası ölkədə beynəlxalq idman tədbirinə hazırlıq prosesini araşdırır.



28230 oxunub

InvestAZ