XƏBƏR LENTİ
27 Yanvar 2026
23 Yanvar 2026
22 Yanvar 2026
21 Yanvar 2026
19 Yanvar 2026
18 Yanvar 2026
16 Yanvar 2026
14 Yanvar 2026
13 Yanvar 2026



Cüdo məşqçilərinin praktik bacarıqlarının qiymətləndirilməsi mərhələsinə start verilib
İdman 10:30 / 27.01.2026
Azərbaycan Cüdo Federasiyası (ACF) ölkədə cüdo məşqçilərinin peşəkar inkişafını təmin etmək, onların bilik və bacarıqlarını müasir standartlara uyğunlaşdırmaq məqsədilə məşqçilərin sertifikatlaşdırılması proqramını ardıcıl şəkildə davam etdirir.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, proqram çərçivəsində III səviyyə məşqçilik hazırlığını yekunlaşdırmış 30 məşqçinin praktik bacarıqlarının qiymətləndirilməsi mərhələsinə start verilib.
Qiymətləndirmə prosesi məşqçilərin təkcə nəzəri biliklərini deyil, eyni zamanda real məşq şəraitində tətbiq etdikləri metodiki yanaşmaları, texniki-taktiki hazırlıq səviyyəsini və idarəetmə bacarıqlarını müəyyənləşdirməyə xidmət edir. Praktik qiymətləndirməyə milli yığma komandaların performans direktoru Riçard Trautman rəhbərlik edir. Proses beynəlxalq təcrübəyə əsaslanan metodologiya ilə həyata keçirilir və məşqçilərin hazırlıq səviyyəsinin obyektiv şəkildə qiymətləndirilməsinə xüsusi diqqət yetirilir.
Sertifikatlaşdırma proqramının əsas məqsədi ölkədə məşqçilik institutunun gücləndirilməsi, məşqçilərin peşəkar inkişafına stimulların artırılması və nəticə etibarilə Azərbaycan cüdosunun davamlı uğurlarının təmin olunmasıdır.
Məşqçilərin sertifikatlaşdırılması ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən mütəxəssislər üçün də əlavə imkanlar yaradacaq, vahid metodiki sistemin formalaşmasına və cüdonun inkişafına mühüm töhfə verəcək.
78 oxunub

InvestAZ