XƏBƏR LENTİ
08 Yanvar 2026
07 Yanvar 2026
06 Yanvar 2026
05 Yanvar 2026
03 Yanvar 2026
01 Yanvar 2026
29 Dekabr 2025



Cüdoçularımız üçün növbəti sınaq
Olimpiya oyunları 11:50 / 22.02.2022
Fevralın 26-27-də Polşanın paytaxtı Varşavada cüdo üzrə açıq Avropa turniri keçiriləcək. 34 ölkədən 500-dən çox idmançının iştirak edəcəyi turnirdə Azərbaycan cüdoçuları da qüvvələrini sınayacaqlar. Komandamız yarışda 13 idmançı ilə təmsil olunacaq. Belə ki, turnirdə cüdoçularımızdan Əhməd Yusifov, Rövşən Əliyev, Nazir Talıbov (60 kq), İbrahim Əliyev, İsmayıl İbrahimov, Tofiq Əliyev (66 kq), Nəriman Mirzəyev, Zaməddin Poladov (73 kq), Zelim Tçkayev (81 kq), Vüqar Talıbov, Coşqun Abdullayev (90 kq), İmran Yusifov, Camal Feyziyev (+100 kq) mübarizə aparacaq.

58868 oxunub

InvestAZ