XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Atletik” İspaniya Super Kubokunun finalında
İdman 10:34 / 14.01.2022
Futbol üzrə İspaniya Super Kubokunda ikinci finalçının adına aydınlıq gəlib. Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı "Kral Fahd" stadionunda oynanılan görüşdə "Atletiko Madrid” və "Atletik Bilbao” komandaları üz-üzə gəlib. Görüş qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb - 2:1. Oyunda hesab 62-ci dəqiqədə açılıb. "Atletik”in futbolçusu matçın Unay Simon topu öz qapısına vurub. Oyunun 77-ci dəqiqəsində Yeray Alvarez bərabərlik qolunun müəllifi olub. Matçın 81-ci dəqiqəsində isə Nikolas Uilyams qələbə topunu vuraraq "Atletik”i finala çıxarıb.
Həlledici görüşdə Bilbao təmsilçisininin rəqibi yarımfinalda "Barselona"nı 3:2 hesabı ilə məğlub etmiş "Real Madrid" klubu olacaq. Final qarşlaşması yanvarın 16-da təşkil olunacaq.


42736 oxunub

InvestAZ