XƏBƏR LENTİ
21 Oktyabr 2021
20 Oktyabr 2021
19 Oktyabr 2021
18 Oktyabr 2021
15 Oktyabr 2021
14 Oktyabr 2021
13 Oktyabr 2021



Skandinaviyalılar vaxtından əvvəl DÇ-2022-yə vəsiqəni təmin etdi
İdman 11:08 / 13.10.2021
Oktyabrın 12-də futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin səkkizinci turunun oyunlarına yekun vurulub. Azərbaycan millisi Belqradda Serbiya millisinin qonağı olub. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qrupun digər oyununda Portuqaliya millisi Lüksemburqa böyük hesabla qalib gəlib - 5:0. Beləliklə, bu qrupun qalibi kimi birbaşa vəsiqənin taleyi son 2 turda həll olunacaq.
F qrupunda yer alan Danimarka millisi isə 2022-ci ildə təşkil olunacaq dünya çempionatına vaxtından əvvəl vəsiqə qazanıb. Skandinaviyalılar F qrupunda VIII tur çərçivəsində keçirilən oyunda doğma meydanda Avstriyaya qalib gəlib. Yeganə qolu 53-cü dəqiqədə Yoakim Mele vurub.
Bununla da 8-ci oyunda 8-ci qələbəsini qazanan Danimarka yığması xalını 24-ə çatdırıb və sona 2 tur qalmış 17 xala malik Şotlandiya üçün əlçatmaz olub.

Qeyd edək ki, daha əvvəl Almaniya da DÇ-2022-yə vəsiqə qazanıb.

Gün ərzində keçiriləcək görüşlərdə aşağıdakı hesablar qeydə alınıb:

A qrupu

Portuqaliya – Lüksemburq - 5:0;

Serbiya - Azərbaycan - 3:1.

Qrupdakı vəziyyət: Serbiya - 17 (7 oyuna), Portuqaliya - 16 (6), Lüksemburq - 6 (6), İrlandiya - 5 (6), Azərbaycan - 1 (7).

B qrupu

Kosovo – Gürcüstan - 1:2;

İsveç – Yunanıstan - 2:0.

Qrupdakı vəziyyət: İsveç - 13 (6 oyuna), İspaniya - 15 (6), Yunanıstan - 9 (6), Kosovo - 4 (6), Gürcüstan - 4 (7).

C qrupu

Litva - İsveçrə - 0:4;

Bolqarıstan - Şimali İrlandiya - 2:1.

Qrupdakı vəziyyət: İtaliya 14 (6 oyuna), İsveçrə - 14 (6), Bolqarıstan - 8 (6),

Şimali İrlandiya - 5 (4), Litva - 3 (7).

D qrupu

Qazaxıstan – Finlandiya - 0:2;

Ukrayna - Bosniya və Herseqovina - 1:1.

Qrupdakı vəziyyət: Fransa - 12 (6 oyuna), Ukrayna - 9 (7), Finlandiya - 7 (6), - Bosniya və Herseqovina 8 (6), Qazaxıstan - 3 (7).

F qrupu

Farer adaları – Şotlandiya - 0:1;

Danimarka – Avstriya - 1:0;

İsrail – Moldova - 2:1.

Qrupdakı vəziyyət: Danimarka - 24, Şotlandiya - 17, İsrail - 13, Avstriya - 10, Farer adaları - 4, Moldova - 1.

I qrupu

San-Marino – Andorra - 0:3;

İngiltərə - Macarıstan - 1:1;

Albaniya - Polşa - 0:1.

Qrupdakı vəziyyət: İngiltərə - 20, Polşa - 17, - Albaniya- 15, Macarıstan - 11, Andorra - 6, San Marino - 0.

720 oxunub

InvestAZ