XƏBƏR LENTİ
12 Fevral 2026
11 Fevral 2026
10 Fevral 2026
09 Fevral 2026



Rio-2016-nın qalibi dopinqə görə cəzalandırıldı
İdman 18:19 / 12.10.2021
Rio-2016 Yay Paralimpiya Oyunlarında pauerliftinq yarışlarında qızıl medal qazanan nigeriyalı Paul Kehinde antidopinq qaydalarını pozduğuna görə 30 ay müddətinə yarışlardan diskvalifikasiya edilib.
Bu barədə Beynəlxalq Paralimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.
İdmançıdan 2020-ci ilin martında yarışdan kənar bir dövrdə götürülən nümunədə Ümumdünya Antidopinq Agentliyinin qadağan olunmuş maddələr siyahısında olan maddə aşkarlanıb.
Otuz üç yaşlı idmançının diskvalifikasiya müddəti 2020-ci il martın 9-dan hesablanıb.

29579 oxunub

InvestAZ