XƏBƏR LENTİ
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025



Novak Cokovic cərimə olunub
İdman 11:37 / 14.09.2021
Serbiyalı tennisçi Novak Cokovic 5 min dollar məbləğində cərimə olunub. "Novak Cokovic ABŞ açıq çempionatının final görüşündə "qeyri-idman hərəkəti”nə görə 5 min dollar cərimələnib”,- deyə şəxsi tvitter hesabında jurnalist Mixail Samulski bildirib.
Rusiyalı idmançı Daniil Medvedevlə qarşılaşan tennisçi 4:6, 2:1 hesabı ilə bir neçə breyk-poynt əldən verib və raketini korta vuraraq sındırıb.
Qeyd edək ki, Daniil Medvedev "Böyük dəbilqə” turnirinin iyirmiqat çempionuna 6:4, 6:4, 6:4 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, D.Medvedev Mariya Şarapovadan sonra ABŞ açıq çemionatının qalibi olan ilk rusiyalı idmançıdır.

41138 oxunub

InvestAZ