XƏBƏR LENTİ
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026



Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə start veriləcək
İdman 13:37 / 06.04.2021
Bu gün Avropanın ən nüfuzlu klub turniri olan UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin oyunlarına start veriləcək. İlk oyun günündə iki qarşılaşma təşkil olunacaq. Günün maraqla gözlənilən oyunu İspaniyada oynanılacaq. Madriddə təşkil olunacaq oyunda İspaniya təmsilçisi "Real Madrid” və İngiltərənin "Liverpul” komandaları üz-üzə gələcək. Hər iki komanda görüşə ciddi itkilərlə çıxacaq. "Kral klubu”nun heyətində kapitan Serxio Ramosla yanaşı, Eden Hazar və Dani Karvahalın zədə səbəbindən oynamayacağı bildirilir. Qonaqların heyətində isə Vircil van Dayk, Cordan Henderson və Divok Origi zədəli olduğu üçün oyunda iştirak etməyəcək.
Günün digər matçı İngiltərədə təşkil olunacaq. "Mançester Siti” Almaniyanın "Borussiya Dortmund” komandasını qəbul edəcək. "Şəhərlilər”in heyətində itki yoxdur, Dortmund təmsilçisində isə Dan-Aksel Zaqadu, Ceydon Sanço və Yussufa Mukoko zədədən əziyyət çəkir.
Komandalar arasında cavab oyunları aprelin 14-də təşkil olunacaq.

31719 oxunub

InvestAZ