XƏBƏR LENTİ
08 Noyabr 2025
07 Noyabr 2025
06 Noyabr 2025
05 Noyabr 2025
04 Noyabr 2025
03 Noyabr 2025
31 Oktyabr 2025
30 Oktyabr 2025



Ağırlıqqaldıranımız dördüncü dəfə Avropa çempionu oldu
İdman 12:00 / 06.04.2021
Moskvada kişilər və qadınlar arasında ağırlıqqaldırma üzrə Avropa çempionatı keçirilir. 40 ölkədən 361 idmançının (179 qadın, 182 kişi) iştirak etdiyi yarışda baş məşqçilər Asif Məmmədov (kişilər) və Sərdar Həsənovun (qadınlar) rəhbərliyi altında Azərbaycan yığma komandasının üzvləri də qüvvələrini sınayırlar. Onlardan ilk olaraq Boyanka Kostova körpücük üzərinə çıxıb. O, 59 kiloqram çəki dərəcəsində mübarizə aparıb. Atletimiz birdən qaldırma hərəkətində 95 kiloqram nəticə ilə bürünc, təkanla qaldırma hərəkətində isə 116 kiloqram ilə qızıl medal qazanıb. Toplam 211 (95 + 116) kiloqram nəticə göstərən B.Kostova yekun sıralama da Avropa çempionatının qızıl medalına sahib çıxıb.
Xatırladaq ki, B.Kostova 2012-ci, 2015-ci və 2016-cı illərdəki Avropa çempionatlarının və 2015-ci ildəki dünya çempionatının da qalibidir.

28213 oxunub

InvestAZ