XƏBƏR LENTİ
06 Fevral 2026
05 Fevral 2026
04 Fevral 2026
03 Fevral 2026
02 Fevral 2026
29 Yanvar 2026
28 Yanvar 2026



AMADA və AQTA arasında videokonfrans formatında görüş olub
İdman 17:40 / 02.03.2021
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) arasında videokonfrans formatında görüş keçirilib.
Görüşdə AMADA-nın direktoru Şəfəq Hüseynli və AQTA-nın sədr müavini Zəkiyyə Mustafayeva iştirak ediblər.
Tədbirdə "İdmanda dopinqə qarşı mübarizə haqqında” Beynəlxalq Konvensiyanın müvafiq maddələri, idman qidaları barədə yerli qanunvericilik və mövcud tənzimləyici mexanizm müzakirə olunub.
Daha sonra idman qidasının dopinq vasitələrilə saxtalaşdırılmasına qarşı fəaliyyətlə bağlı fikir mübadiləsi aparılıb.

28323 oxunub

InvestAZ