XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024



UEFA Millətlər Liqasının qrup mərhələsi başa çatdı
İdman 11:06 / 19.11.2020
Millətlər Liqasında 2020/21 mövsümünün əsas mərhələsinə yekun vurulub. Koronavirus pandemiyası səbəbindən ləğv edilən 1 oyunu nəzərə almasaq, qruplara yekun vurulub. Həlledici görüşlər gələn ilin oktyabrında İtaliyada baş tutacaq "Dördlər finalı” çərçivəsində keçiriləcək. Mübarizəni başa vuran digər 51 komandanın ümumi sıralamadakı yeri də müəyyənləşib. Millilər çıxış etdiyi liqa, öz qrupundakı yer və xala görə sıralanıb. Bütün göstəricilər bərabər olduqda isə top fərqi, vurulan qollar da nəzərə alınıb.
C liqasının sonuncuları gələn ilin martında öz aralarında pley-off oyunları keçirərək D liqasına yuvarlanacaq 2 komandanı müəyyənləşdirəcəklər.
Digərlərindən fərqli, iki qrupdan ibarət D liqasında bir qrupda 4, digərində 3 komanda olduğundan, ilk üç yer sahiblərinin yalnız öz aralarındakı matçlardakı nəticələr əsas götürülüb.
Azərbaycan millisi də Avropadakı yerini tanıyıb. C liqasının 1-ci qrupunda 6 xal toplayan Canni de Byazinin yetirmələri həmin liqadakı 16 komanda arasında 11-ci olub. Öz liqasında yalnız 5 komandanı qabaqlayan yığmamız ümumi sıralamada yarışı 43-cü pillədə tamamlayıb.
B liqasının 1-ci qrupundakı Rumıniya – Norveç oyununa çıxmayan ikincilərə texniki məğlubiyyət verilib. Koronavirus pandemiyası səbəbindən ləğv olunan A liqasının 4-cü qrupundakı İsveçrə - Ukrayna görüşü ilə bağlı son qərarı isə UEFA verəcək. Məhz həmin qərardan sonra A liqasını bu iki yığmadan birinin tərk edəcəyi rəsmiləşəcək.
Turun son oyun günündə aşağıdakı hesablar qeydə alınıb:
A Liqası (1-ci qrup)
Bosniya və Herseqovina - İtaliya - 0:2;
Polşa - Niderland - 1:2.
A Liqası (2-ci qrup)
İngiltərə - İslandiya - 4:0;
Belçika - Danimarka - 4:2.
B Liqası (1-ci qrup)
Şimali İrlandiya - Rumıniya - 1:1;
Avstriya - Norveç - 1:1.
B Liqası (2-ci qrup)
İsrail - Şotlandiya - 1:0;
Çexiya - Slovakiya - 2:0.
B Liqası (3-cü qrup)
Serbiya - Rusiya - 5:0;
Macarıstan - Türkiyə - 2:0.
B Liqası (4-cü qrup)
İrlandiya - Bolqarıstan - 0:0;
Uels - Finlandiya - 3:1.
C Liqası (2-ci qrup)
Ermənistan - Şimal Makedoniya - 1:0:
Gürcüstan - Estoniya - 0:0.
C Liqası (3-cü qrup)
Kosovo - Moldova - 1:0;
Yunanıstan- Sloveniya - 0:0.
C Liqası (4-cü qrup)
Qazaxıstan - Litva - 1:2;
Albaniya - Belarus - 3:2.


17506 oxunub

InvestAZ