XƏBƏR LENTİ
08 Noyabr 2025
07 Noyabr 2025
06 Noyabr 2025
05 Noyabr 2025
04 Noyabr 2025
03 Noyabr 2025
31 Oktyabr 2025
30 Oktyabr 2025



Milli Qəhrəman Əliyar Əliyevin doğulduğu kənd düşməndən azad olundu
Gündəm 17:47 / 07.11.2020
Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsində şəhid olan Əliyar Əliyevin doğulduğu kənd işğaldan azad edilib.
Ali Baş Komandan İlham Əliyevin bu gün açıqladığı işğaldan azad edilən ərazilər arasında Ə.Əliyevin anadan olduğu Qubadlı rayonunun Qəzyan kəndi də var.
Əliyar Əliyev 1957-ci il dekabrın 14-də həmin kənddə anadan olub və 1992-ci il oktyabrın 3-də, 35 yaşında Laçın rayonunda Qarabağ döyüşlərində şəhid olub. O, doğulduğu Qəzyan kəndində dəfn edilib.
Mülki həyatda idman müəllimi olan Ə.Əliyevin şagirdlərindən biri olan Mayis Bərxudarov hazırda general-mayor rütbəsində, birlik komandiri kimi cənub cəbhəsində torpaqları işğaldan azad etməyə davam edir.



47905 oxunub

InvestAZ