XƏBƏR LENTİ
01 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026
22 Fevral 2026
21 Fevral 2026



«Olimpiya dünyası» qəzetinin «Qarabağ Azərbaycandır!» rubrikası altında xüsusi buraxılışı çapdan çıxıb
İdman 10:14 / 13.10.2020

Sentyabrın 27-dən etibarən Dağlıq Qarabağda düşmən təxribatına layiqli cavab vermək üçün əks-hücuma keçən rəşadətli ordumuzun qələbə sorağı bütün xalqımızı sevindirir. 30 ilə yaxındır ki, işğal altında olan torpaqlarımızın bugünlərdə hissə-hissə azad olunması xəbərləri bir-birini əvəz edir.
Azərbaycanda idmanın və Olimpiya Hərəkatının təbliğində özünəməxsus rolu olan "Olimpiya dünyası” qəzeti də döyüşlər başlayan gündən etibarən çoxsaylı oxucularına ordumuzun qələbə soraqlarını çatdırır. Qəzet doğma torpaqlarımızda gərgin döyüşlərin getdiyi günlərdə bütün diqqətini bu istiqamətə yönəldib. "Olimpiya dünyası” qəzeti 13-19 oktyabr tarixli sayında çoxsaylı oxucularına «Qarabağ Azərbaycandır!» rubrikası altında xüsusi buraxılış təqdim edib. Həmin buraxılış bütövlükdə Qarabağa həsr olunub. Xüsusi buraxılışda Qarabağ idmanının tarixindən bəhs edən maraqlı faktlar, Qarabağ idmançılarından bəhs edən müəllif yazıları, idman ictimaiyyətinin qələbə sevincini əks etdirən fikirlər, eləcə də, ermənilərin humanitar atəşkəsi pozaraq Gəncədə törətdikləri terror hadisələrinə gəncəli idmançıların kəskin etirazlar öz əksini tapıb.





32760 oxunub

InvestAZ