XƏBƏR LENTİ
27 Oktyabr 2020
24 Oktyabr 2020
23 Oktyabr 2020
22 Oktyabr 2020
21 Oktyabr 2020
20 Oktyabr 2020



Azərbaycan Ədalətli Oyunlar Komissiyası beynəlxalq təşkilatlara müraciət edib
Gündəm 16:18 / 09.10.2020
Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası (AzƏOK) Avropa və Beynəlxalq Ədalətli Oyunlar Hərəkatı, eləcə də bu qurumlara üzv olan Ədalətli Oyunlar komissiyalarına bəyanat ünvanlayıb.
AzƏOK-dan AZƏRTAC-a bildiriblər ki, bəyanatda torpaqlarımızı işğal edən Ermənistanın Azərbaycanın mülki əhalisini və infrastrukturunu hədəfə almaqla beynəlxalq hüququn norma və prinsiplərini, xüsusilə beynəlxalq humanitar hüquq və 1949-cu il Cenevrə Konvensiyalarını kobudcasına pozaraq məqsədyönlü şəkildə törətdiyi növbəti təxribat qətiyyətlə pislənilib. Bildirilib ki, 30 ilə yaxındır Azərbaycan Ermənistanın hərbi təcavüzünə məruz qalır: "1992-ci ilin fevral ayında törədilmiş Xocalı soyqırımı, 2020-ci ilin iyulunda bütün dünyanın COVID-19 pandemiyası ilə mübarizə apardığı bir vaxtda həyata keçirilən Tovuz təxribatı, Ermənistan silahlı qüvvələri tərəfindən mülki şəxslərin hədəfə alınması bu işğalçı siyasətin bariz nümunələridir”.
Bəyanatda qeyd olunub ki, Azərbaycan xalqı münaqişənin sülh yolu ilə həllinə, hər iki xalqın dinc, yanaşı yaşamasına tərəfdardır. Lakin bütün cəhdlərə baxmayaraq, Ermənistan tərəfi danışıqlardan boyun qaçırır və müharibə təhlükəsini alovlandırmağa çalışır.
"Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib ki, Ermənistana işğalçılıq siyasətindən əl çəkməsi ilə bağlı dəfələrlə müraciət olunmasına baxmayaraq, buna heç bir məhəl qoyulmayıb.
AzƏOK üzünü Avropa və Beynəlxalq Ədalətli Oyunlar Hərəkatı üzvlərinə tutaraq, Ermənistan dövlətinin işğalçılıq siyasətini dayandırması, işğal edilmiş Azərbaycan ərazilərini dərhal və qeyd-şərtsiz azad etməsi, Ermənistan hökumətinin beynəlxalq hüququn norma və prinsiplərinə riayət etməsi məsələsində Azərbaycanı ədalət prinsipləri çərçivəsində dəstəkləməyə çağırır”, - deyə bəyanatda vurğulanıb.

1008 oxunub

InvestAZ