XƏBƏR LENTİ
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026
22 Fevral 2026
21 Fevral 2026



54 yaşlı veteran futbolçu rekordu yenilədi
İdman 14:08 / 15.09.2020

Futbol üzrə Monqolustan çempionatının 15-ci turunun "Sumido Gepro" - "Ulan-Bator" oyununda maraqlı hadisə baş verib.
Matçın 86-cı dəqiqəsində ev sahibi komandanın 54 yaşlı futbolçusu Xandsuren Oyunbileq meydana çıxıb.
Maraqlıdır ki, 1996-cı ildə peşəkar karyerasını başa vurmuş veteran oyunçu 24 ildən sonra yenidən futbola qayıdıb. O, komandasını məğlubiyyətdən (2:3) xilas edə bilməsə də, Yaponiyanın "Yokohama" klubunun 53 yaşlı futbolçusu Kadzuyosi Miuranın rekordunu yeniləyib.
Qeyd edək ki, "Sumido Gepro" klubu çempionatda keçirdiyi 15 oyunun hamısını uduzub. 7 qol vurub 82 top buraxan komanda sonuncu pillədə qərarlaşıb.

32446 oxunub

InvestAZ