XƏBƏR LENTİ
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026
06 Mart 2026



Premyer Liqada koronavirusa yoluxma halı qeydə alındı
İdman 11:50 / 15.09.2020
İngiltərə Premyer Liqası koronavirus testinin son nəticələri haqqında hesabat verib. Bu barədə liqanın mətbuat xidmətinə istinadən "RİA Novosti” agentliyi bildirib.
Qeyd edilir ki, yoxlama sentyabrın 7-dən 13-dək aparılıb. Futbolçular, məşqçilər və Premyer Liqa klublarının əməkdaşları arasında ümumilikdə 2 131 test keçirilib. Test zamanı dörd nəfərdə koronavirusa yoluxma aşkarlanıb. Təhlükəli infeksiyaya yoluxanların adları açıqlanmır.
Premyer Liqanın mətbuat xidməti iddia edib ki, COVID-19-a yoluxanlar on gün müddətinə təcrid edilib.

34706 oxunub

InvestAZ