XƏBƏR LENTİ
16 Sentyabr 2025
15 Sentyabr 2025
14 Sentyabr 2025
13 Sentyabr 2025
12 Sentyabr 2025
11 Sentyabr 2025
10 Sentyabr 2025
09 Sentyabr 2025



“Qalatasaray” “Neftçi” ilə oyun üçün iştirak ərizəsini açıqladı
İdman 15:52 / 14.09.2020
Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi”nin rəqibi olan "Qalatasaray” oyun üçün iştirak ərizəsini UEFA-ya göndərib.
Baş məşqi Fatih Terim siyahıya 23 futbolçunun adını daxil edib. Bunlardan 2-si qapıçı, 7-si müdafiəçi, 11-i yarımmüdafiəçi, 3-ü hücumçudur.
Zədəli Fernando Muslera, Ahmet Çalık, Emre Taşdemir, Valentin Ozornvafor, Emre Akbaba, həmçinin yeni transferlər Kerem Aktürkoğlu və Oğulcan Çağlayan Bakıya gətirilməyəcək.
Heyətdə qapıçılar - Okan Kocuk, Fatih Öztürk, müdafiəçilər - Şener Özbayraklı, Omar Elabdellaui, Martin Linnes, Rayan Donk, Kristian Luyindama, Marselo Saraççi, Markao, yarımmüdafiəçilər - Ömer Bayram, Taylan Antalyalı, Yunes Belhanda, Oqenekaro Etebo, Cimmi Durmaz, Emre Kılınç, Sofian Fequli, Rayan Babel, Yunus Akgün, Arda Turan, Jesse Sekidika, hücumçular - Radamel Falkao, Ali Yavuz Kol və Mbaye Diagne yer alıblar.
Qeyd edək ki, "Neftçi”-"Qalatasaray” oyunu sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.

35110 oxunub

InvestAZ