XƏBƏR LENTİ
05 Fevral 2025
04 Fevral 2025
03 Fevral 2025
02 Fevral 2025
31 Yanvar 2025
30 Yanvar 2025



İvan Rakitiç “Sevilya”da
Olimpiya oyunları 11:34 / 02.09.2020


İspaniyanın "Sevilya” futbol klubu "Barselona” komandasının yarımmüdafiəçisi İvan Rakitiçi transfer edib.

32 yaşlı xorvatiyalı yarımmüdafiəçi altı ildən sonra qayıtdığı sabiq klubu ilə dördillik müqavilə bağlayıb. "Sevilya”nın bu transferə görə Kataloniya təmsilçisinə 10 milyon 500 min avro ödəyəcəyi bildirilib. İ.Rakitiçin müqaviləsinin müddəti 2024-cü ilin yayınadək etibarlı olacaq.

Qeyd edək ki, yarımmüdafiəçi 2011-2014-cü illərdə "Sevilya”da çıxış edib. Daha sonra Rakitiç 2014-cü il iyunun 16-da "Barselona” ilə beşillik müqavilə bağlayıb. Xorvatiyalı futbolçu "Barselona”da oynadığı dörd mövsümdə La Liqada keçirdiyi 200 oyunda 25 qol vurub.


35164 oxunub

InvestAZ