XƏBƏR LENTİ
21 Mart 2019
20 Mart 2019
19 Mart 2019
18 Mart 2019
17 Mart 2019
16 Mart 2019
15 Mart 2019



Çempionlar Liqasının qalibi hansi komanda olacaq?
"Real Madrid" (50%)
"Barselona" (16.67%)
"Yuventus" (8.33%)
"Bavariya" (16.67%)
"Mançester Siti" (0%)
Digər (8.33%)
Corc Best: “Mənim kimi ölməyin”
Maraqlı 16:12 / 06.03.2019

Onun hekayəsi "Deyəsən, bir dahi tapmışam” sözləri ilə başlayır. 1958-ci ildə təyyarə qəzasında heyətinin yarısını itirən "Mançester Yunayted”i yenidən əvvəlki halına qaytarmaq vəzifəsi Matt Basbinin üzərinə düşmüşdü. Bir gün komandanın seleksiyaçısı Bob Bişopun ona dediyi bu sözlər böyük bir başlanğıcdan xəbər verirdi: "Deyəsən, bir dahi tapmışam”. Onun "dahi” dediyi bu futbolçu Corc Vest idi. Amma o, təkcə istedadı ilə deyil, həm də dediyi sözlərlə, yaşadığı həyatla, xarici görkəmi ilə böyük məşhurluq qazanan, bu gün də sevilən insan oldu…
Corc Best 1947-ci ildə, Şimali İrlandiyanın paytaxtı Belfastda dünyaya gəlib. İlk vaxtlarda baxışda olduğu Belfastın yerli klubu olan "Qlentoran” onu zəif və balaca olduğu üçün seçməkdən imtina etmişdi. Amma məşqlərdə özünü yaxşı tərəfdən göstərdikdən sonra komandanın baş məşqçisi Co Armstronq onunla müqavilə imzalanmasına razılıq verir. Beləliklə, onun peşəkar karyerası 1963-cü ildə başlayır. Elə həmin il Bob Bişop tərəfindən kəşf edilir və "Mançester Yunayted”də oynamağa başlayır."Qırmızı şeytanlar”ın heyətində 17 yaşında debüt edən Corc, ilk dəfə 1963-cü ilin 14 sentyabrında – "Vest Bromviç”ə 1:0 hesabı ilə qalib gəldikləri oyunda forma geyinir. Yaşının az olmasına görə kifayət qədər şans qazanmayan futbolçu, növbəti dəfə dekabrın 28-də oynayır və komandanın heyətində ilk qolunu vuraraq, 5:1 hesablı qələbədə pay sahibi olur. O, mövsümün ikinci yarısında daha çox oynamaq şansı qazanır və həmin mövsüm iştirak etdiyi 26 oyunda 6 qol vurur. Komandası isə "Liverpul”dan 4 xal geri qalaraq, mövsümü ikinci pillədə tamamlayır."Mançester Yunayted” 1968-ci ildə Çempionlar Kubokunu qazanaraq, bu turnirdə qalib gələn ilk ingilis klubu olur. Həmin mövsüm turnirin 1/4 final mərhələsində "Benfika”ya 4:1 hesabı ilə qalib gələn "Mançester Yunayted”in qollarından birinin müəllifi də məhz o olur, 92-ci dəqiqədə vurduğu qolla. Bu oyundan sonra Avropada məşhurlaşan Corc, 1968-ci ildə həm Avropada, həm də İngiltərə Futbol Yazarları birliyi tərəfindən verilən "İlin futbolçusu” mükafatına layiq görülür. Eyni zamanda, ona azarkeşlər tərəfindən "Belfast uşağı” ləqəbi də verilir.1970-ci ildə "Northampton”a qarşı oynanılan Liqa kuboku matçında 6 qol vuran Vest, Mançester təmsilçisinin heyətində keçirdiyi 466 oyunda ümumilikdə 178 qola imza atmağı bacarır. Lakin onun karyerası nə gözlənilən kimi davam etdi, nə də istənilən şəkildə bitdi…Qazandığı uğurlardan və məşhurluqdan sonra həyatını istədiyi kimi yaşamağı üstün tutan "Belfast uşağı”, artıq 27 yaşına kimi iki dəfə karyerasını bitirmək qərarı almışdı. 60-cı illərdə Mançesterdə iki fərqli gecə klubu açan futbolçunun həyatındakı problemlər getdikcə artmağa başlayır. 1974-cü ildə, 27 yaşında məşqlərdəki intizamsızlığı və içki səbəbi ilə "Mançester Yunayted”lə yollarını ayırır. Sonrakı illərdə "Los Anceles Azteks”də, "Hibernian”da, fərqli vaxtlarda iki dəfə "Fulhem”də və başqa klublarda forma geyinir. Son olaraq, "Bornmut”da çıxış edən Corc, 1983-cü ildə, 37 yaşında karyerasını başa vurur. O, istedadını ən yaxşı şəkildə ifadə edən "Pele is good, Maradona better, Corc Best” cümləsi ilə özünü bütün dünyaya sübut etmək şansını belə məhv edir. Maradonanın "O, idealımdır”, Pelenin isə "Gördüyüm ən yaxşı futbolçudur” dediyi bu dahi, İrlandiya millisinin heyətində keçirdiyi 37 oyunda 9 qola imza atmağı bacarır."1969-cu ildə içkidən və qadınlardan imtina etdim. Bu, həyatımın ən pis 20 dəqiqəsi idi” deyən Corc, həyatını və karyerasını imtina edə bilmədiyi vərdişlərinə görə məhv edir – "Həyatımda hər şeydən imtina etdim, içki xaric”. O, 1984 və 2004-cü illərdə içkili halda avtomobil idarə etdiyi üçün həbs olunur. 1981-ci ildə isə ABŞ-da futbol oynadığı dövrdə tanımadığı bir qadının çantasından içki almaq üçün pul oğurlayır. Təəssüf ki, həyatının geri qalan hissəsini də alkoqolla mübarizə apararaq keçirir.

Corc Bestin günlərini məhkəmələrdə keçirdiyi dövr

İki dəfə evlilik yaşayan futbolçunun hər iki həyat yoldaşı onun tərəfindən döyüldüklərini, şiddətə məruz qaldıqlarını deyiblər. Xüsusilə, 80-ci illərin sonundan adı müxtəlif qalmaqallarda, davalarda hallanan Bestin həyatı belə də davam edir: İçki, dava, həbs…Elə ölüm səbəbi də karyerasından üstün tutduğu içki olur. 2002-ci ildən etibarən müxtəlif müalicələr alan və qaraciyər əməliyyatı keçirən Corc Bestin vəziyyəti 2005-ci ildə yenidən pisləşir.

Corc Bestin son günləri

Müalicə aldığı xəstəxanadan sevdiyi insanlara vida mesajı göndərən dahi futbolçunun son mesajı isə bütün həyatını ifadə edir: "Mənim kimi ölməyin”.




263 oxunub

InvestAZ