XƏBƏR LENTİ
13 Yanvar 2026
12 Yanvar 2026
09 Yanvar 2026
08 Yanvar 2026
07 Yanvar 2026
06 Yanvar 2026
05 Yanvar 2026
03 Yanvar 2026
01 Yanvar 2026
29 Dekabr 2025



Operativ qərargah:​ dörd komandaya icazə verildi
Gündəm 17:37 / 07.07.2020

Azərbaycanın dörd klubuna məşqlərə başlamağa icazə verilib.

Növbəti mövsüm avrokuboklarda çıxış edəcək "Qarabağ”, "Neftçi”, "Keşlə” və "Sumqayıt”ın avqustda başlayacaq yarışlar üçün məşq keçməsinə Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən razılıq verilib.
Gənclər və İdman Nazirliyi bütün Olimpiya İdman Komplekslərində bu dörd komandanın məşq etməsi üçün şərait yaradılmasını təmin edəcək.
Əldə etdiyimiz digər məlumata görə, klublar sərt karantinin olmadığı Qəbələyə yollanacaq və orada məşqlərini keçirə biləcəklər. Lakin komandaların hələ hansı tarixdə Qəbələyə yollanacağı bilinmir. Böyük ehtimalla, sabahdan etibarən komandalar məşqlərə başlaya biləcək.
Bildirək ki, "Qarabağ” Çempionlar Liqasında ilk oyununu avqustun 18 və ya 19-da, Avropa Liqasında mübarizə aparacaq "Neftçi”, "Keşlə” və "Sumqayıt” isə 27 avqustda keçirəcək.


53425 oxunub

InvestAZ