XƏBƏR LENTİ
30 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026



Yarımçıq dayandırılan turnirin yeni​​ tarixi müəyyənləşdi​
İdman 14:51 / 29.06.2020

FIDE bir ay müddətində İddiaçılar Turnirinin yerini və vaxtını müəyyənləşdirəcək.​​ Bu barədə qurumun prezienti Arkadi Dvorkoviç "koronavirusdan sonra şahmat" adlı onlayn sessiyada açıqlama verib.​

A.Dvorkoviç həftə boyu məsləhətləşmələr apardıqlarını söyləyib. O, yarışın böyük ehtimalla payızda, sentyabr-oktyabr aylarında keçirəcəklərini deyib: "Yenə Yekaterinburqda turniri keçirmək niyyətindəyik, amma Rusiya başqa şahmatçıları qəbul etməyə hazır deyilsə, başqa alternativləri də nəzərdən keçiririk".​
Qeyd edək ki, Teymur Rəcəbov İddiaçılar Turnirindən koronavirusun yayılması səbəbindən imtina etmişdi.​ Rusiyanın Yekaterinburq şəhərindəki turnir martın 26-da yarımçıq dayandırılıb. Buna Rusiya Federasiyası hökumətinin digər ölkələrlə hava əlaqəsinin kəsilməsi barədə qərarı səbəb olub. Turnirin VIII turdan davam etdiriləcəyi açıqlanıb. 7 turdan sonra fransalı Maksim Vaşye-Laqrav və rusiyalı Yan Nepomnyaşi hərəyə 4 xalla ilk 2 pilləni bölüşür.


39903 oxunub

InvestAZ