XƏBƏR LENTİ
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026
22 Fevral 2026
21 Fevral 2026
20 Fevral 2026



"Başakşəhər" xal itirdi
İdman 13:11 / 29.06.2020

Türkiyə Superliqasının 29-cu turu liderin xal itkisi ilə yadda qalıb. "Başakşeher" öz meydanında "Qalatasaray"ı qəbul edib. İstanbul derbisinin ilk hissəsində qol olmayıb. Fasilədən sonra tərəflər hərəyə bir dəfə fərqləniblər. Meydan sahiblərindən Daniel Aleksiç 51-ci dəqiqədə sükutu pozub. Bu qoldan sonra hücuma atılan "cim-bom" 67-ci dəqiqədə hesaba tarazlıq gətirib. Əmrə Akbaba komandasına bir xal qazandıran qolu vurub.

Qeyd edək ki, Aktivində 60 xal olan "Başakşeher" liderliyini davam etdirir. Liderdən iki xal geri qalan "Trabzonspor" ikincidir. 53 xalı olan "Sivasspor" ilk üçlüyü tamamlayır. Liderlə xallarını yarı bölən "Qalatasaray" 52 xalla dördüncüdür.

"Başakşeher" - "Qalatasaray" 1:1

Qollar: Aleksiç, 51; Əmrə Akbaba, 67.


32857 oxunub

InvestAZ