XƏBƏR LENTİ
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024



"Olimpiya günü"​ paytaxt​ sakinləri ilə qeyd olunub
İdman 19:17 / 22.05.2020

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, həmçinin Olimpiya mükafatçısı Rəsul Çunayev və Azərbaycan Çerlidinq Federasiyasının yığma komandasının üzvlərinin iştirakı ilə "Olimpiya günü" qeyd olunub.
Tədbirin əsas məqsədi karantin rejimində yaşayış yerindən ayrılmadan əhali, xüsusilə uşaq və gənclər arasında ​ Olimpiya​ Hərəkatını təbliğ və təşviq etmək olub. Ölkə başçısı, həmçinin Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin koronavirusla mübarizədə "Biz birlikdə güclüyük” devizinə dəstək olaraq həyata keçirilən​ kompozisiya dünyada və Azərbaycanda bir ilkdir.
31 may tarixinədək mərhələli şəkildə yüngülləşdirilən karantin ​ rejiminin ​ bütün qaydalarına riayət olunan tədbir Nəsimi rayonunda binaların əhatəsində yerləşən nümunəvi bir həyətdə təşkil olunub.

Eyvanlara çıxan bina sakinləri Azərbaycan Çerlidinq Federasiyasının​ yığma komandasının üzvlərinin təqdim etdiyi hərəkətləri təkrarlayıblar. Daha yaxşı təkrar edən və fəallığı ilə seçilən bina sakinləri MOK-un hədiyyələri ilə mükafatlandırılıblar.​ Yunan-roma güləşçisi,​ Rio-2016 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, dünya və Avropa çempionatlarının qalibi, Bakı -2015 Avropa Oyunlarının çempionu, "Şöhrət” ordenli ​ Rəsul Çunayevin çıxışı və rəqsi tədbirdə maraqla qarşılanıb. Sakinlər əhəmiyyətli tarixi birgə qeyd etmək üçün eyvanlardan öz dəstəklərini əsirgəməyiblər.
Qeyd edək ki, tədbiri izləmək yalnız eyvanlardan mümkün olub.

32753 oxunub

InvestAZ