XƏBƏR LENTİ
25 May 2020
24 May 2020
23 May 2020
22 May 2020



Həyatını futbolla nizamlayan "super azarkeş"
İdman 13:00 / 22.05.2020

Pandemiyadam sonra futbol yenidən bərpa olur. Almaniya bu yolda ilk addımı ataraq, bundesliqanı bərpa etdi. Qarşıdakı günlərdə digər ölkələrdə də futbol və digər idman növləri qaldığı yerdən davam edəcək. Lakin təhlukəsizlik səbəbindən həmin yarışlar azarkeşsiz keçiriləcək. Bunu stadionlara​ minlərlə azarkeş toplayan bundesliqa matçlarının hazırki vəziyyətində şahid olduq. Nə qədər komandaların oyunları maraqlı alınsa da, azarkeşsiz həmin​ effekti vermir. Bunu futbolçular da təsdiq edirlər.​
"Olimpiyadunyası.com" bu dəfə bir azarkeş barəsində maraqlı bir yazını oxucularına təqdim edir. Haqqında bəhs etdiyimiz insan, sözün əsl mənasında azarkeşdir. Yazımın qəhrəmanı İngiltər çempionşipində mübarizə aparan​ "Kuins​ Park Reyncers" (KPR) klubunun fanatı,​ 52 yaşlı dövlət qulluqçusu Kris Kempdir. Məlumat üçün bildirək ki, indiyə qədər o, doğma klubunun keçirdiyi matçlardan​ 1503-nü azarkeş​ qismində davamlı olaraq izləyib. İlk addım 1989-cu ilin sentyabrından başlayıb.
Krisi klubda hamı tanıyır. Onun​ şərqi Londonun Vonstea şəhərindəki evində 50-dən çox KPR köynəyi, yüzlərlə matç proqramı, çərçivəyə salınmış​ üstü imzalı şəkillər, suvenirlər və digər əşyalar yer alıb. Bundan başqa həbsxana xidmətində çalışan Kris İngiltərə və Uels boyu tək səyahət edərək, biletlərə təxminən 80.000 funt sterlinq xərclədiyini təxmin edir.
İngiltərəli azarkeş stadiona gedən yolu bu cür xatırlayır:​ "Atam futbola nifrət edirdi. Ondan bu barədə heçnə xahiş edə bilməzdim. Futbola olan marağımı bilən nənəmin rəngsaz tanışı buna biganə qalmadı.​ O, məni matça aparıb,​ taxta taburetdə oturtdu ki, meydançanı görə bilim. Həmin anları heç vaxt unuda bilmərəm".​

Avtomobili tıxacda polisə tapşırıb, oyuna tələsmək olar?

Bu illər ərzində rekordları yeniləyən​ Krisin başına gəlməyən hadisə olmayıb. O deyir:​ "Bir dəfə yolda qəribə hadisə baş verdi. Partlayış oldu. Xoşbəxtlikdən sükan arxasında mən olmamışdım. Həmin gün biz səfərdə "Sauthempton"la oynayırdıq. Amma tıxaca düşmüşdük. Heç cür bu matçı buraxa bilməzdik. Dostumun bir əli ilə yol xəritəsini, digər əli ilə isə sükanı tutmuşdu. Azacıq sürəti qaldırmışdı ki, bizi vaxtında oyuna çatdıra bilsin. Çətin vəziyyətə düşmüşdük. Yox başqa bir şey fikirləşmək lazım idi. Sonda maşından düşdük. Aftomobili orada qoyub, bir polisə tapşırdıq. Özümüz isə stadiona qaçdıq. Yerlərimizi tapıb oturduq. Elə o an, komanda meydana çıxdı. Ürəyimiz yerinə gəldi".

"Hələ orda qal, atan futbola gedir"

Kris azarkeş işinə o qədər bağlı idi ki, həmişə oyunun başlamasına üç saat qalmış, oyunlara gecikməmək üçün çıxış​ planını hazılayırdı. Hətta 1998-ci isə keçmiş həyat yoldaşından dünyaya gələn ilk​ qız övladının mövsümdən əvvəl doğulacağını da planlaşdırmışdı ki, oyunları qaçırmasın.
"1998-ci il. Mənim həmin vaxtda​ mobil telefonum yox idi. Əvəzimdə üzərimdə peycer gəzdirirdim.​ Əmin idim ki, yoldaşım harda olduğumdan asılı olmayaraq, mənimlə əlaqə saxlayacaq. Mən sadəcə gedib, evə qayıdacaqdım. O vaxt komandamız yüksək liqa uğrunda görüşə çıxmışdı. Arzumuza çatmışdıq. Sevincimizdən ölkənin dörd bir tərəfinə dörd saatlıq səyahət etdik. Doğrusunu desəm, belə anda heç kim məni bu sevincdən ayıra bilməzdi. Ümidvaram ki, keçmiş həyat yoldaşım hal-hazırda bunu oxumur", - deyə o, bildirdi.
Kris futbola olan sevgisini ata olmaq arzusundan üstün tutan biridir. O, qeyri-adi bir insandır. Dediklərini nəzərdən keçirənlər bəlkə də, ona normal yanaşmayacaqlar. Amma o, azarkeşdir. Özü də "qatı azarkeş. Kris övladının dünyaya gəlməsini bu cür nəql edir:​ "1998-ci ilin noyabrında biz həftədə iki oyun keçirməli olduq. Çərşənbə günü "Barnsli"yə, şənbə günü isə "Bolton"a qarşı. Hər ikisi "Loftus Road" stadionunda keçirilməli idi. Həyəcanla matça tələsirdim. Elə bu məqamda həyat yoldaşımın qarnını "şappıldadaraq" dediyi sözləri yadıma düşdü: " Hələ orda qal, atan futbola gedir. Nə vaxt vəziyyət normallaşsa, təhlükə sovuşsa sənə xəbər edərəm" (gülür). Mən birinci matç qalibiyyətlə bitdikdən sonra qayıtdım. Uşağa dedim ki, əgər indi çıxmaq istəyirsə, hər şey yaxşı olacaq (gülür). Cümə axşamı keçmiş həyat yoldaşımı xəstəxanaya apardım. Həmin gün -​ 15:06-da Nikola dünyaya gəldi. Şənbə günü həmin saatda Kevin Qallen "Bolton"a qol vurdu. Hiss etdim ki, bu düşərlidir. Kevin həmin qolu mənim qızım üçün vurub".

"Evdə oturub,​ uşaqlıq illərinə qayıtmışam"

Sadiq azarkeşin klub sevgisi qarşı tərəfdən layiqincə qiymətləndirilib.
Fevral ayında KPR-in "Nottinqem Forest"lə matçı sayca onun izlədiyi 1500-cü idi. Bu münasibətlə o, komandanın baş məşqçisi Mark Uirbertondan təbrik almışdı. Bu oyunların​ hər​ birinin​ Krisdə​ proqramı var idi.​ Baxmayaraq ki, əksəriyyəti hələ də keçmiş həyat yoldaşının çardağında saxlanılır. Kris 2012-ci ildə "Etihad" stadionunda keçirilən​ dramatik "Mançester Siti"​ - KPR matçını indi də xatırlayır. 47, 435 azarkeşin izlədiyi matçda 90 dəqiqə hesab 2:2 idi. Hakimin əsas vaxta artırdıgı 4 dəqiqənin tamamında argentinalı Serxio Aquero qələbə qolunu vuraraq, komandasını Premyer Liqa çempionu etmişdi.
"Bu komanda ilə çox sevinmişəm. Kədərləndiyim vaxtlar da az olmayıb. Komandam hazırda çempionşipdə 13-cü pillədədir. 138 yaşlı komandaya bu yer layiq deyil. Amma ruhdan düşmürəm. Şənbə günləri hələ də KPR-in futbol köynəyini geyinirəm. Yaxınlıqda ki, parkda indi qaça bilmirəm. Koronovirus səbəbindən karantindir. Evdə oturub,​ uşaqlıq illərinə qayıtmışam. Sevimli​ "Roy iz Rovers" jurnalımı oxumağa başlamışam.​ KPR-in rəsmi saytı arxiv oyunları, mövsümün əvvəlində oynanılmış oyunları izləməyə imkan yaradır. Tez-tez xəbərləri izləyirəm. Oxudum ki, İngiltərə futbol liqaları bu həftə mövsümü yenidən bərpa etmək üçün görüş təşkil edəcək.
Sevinirəm, amma istəyirəm bu pandemiya tez başa çatsın.​
Həyata qaldığımız yerdən davam edək" , - deyə Kris Kemp vurgulayıb.​

Kris Kemp kimi hər birimiz bu bəlanın tezliklə həyatımızdan çəkilməsini istəyirik. Həyat onu gözəl yaşamaq üçün bizə Tanrı tərəfındən bəxş olunan ən gözəl nemətdir. Gəlin, sağlamlığımızı virusa, xəstəliklərə qurban vermədən həyatımızı istədiyimiz yaşayaq. Bu, bizim haqqımızdır.​

​Hazırladı: Mehriban ​ Həbibova


274 oxunub

InvestAZ