XƏBƏR LENTİ
30 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026



Real Madrid" Fondundan sosial yardım
İdman 21:59 / 21.05.2020
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə mayın 19-da​ "Evdə qalın, saglam olun” və "Biz birlikdə güclüyük” devizi altında növbəti yardım kampaniyası keçirilib.
Nazirliyin mətbuat xidmətindən "Olimpiyadunyasi.com" saytına daxil olan xəbərdə bildirilir ki,​ 2013-cü ildən ölkəmizdə fəaliyyət göstərən və əsasən əhalinin həssas təbəqələrinin nümayənələrindən olan uşaqların cəlb olunduğu "Real Madrid" Fondunun Azərbaycan Sosial Futbol Məktəbinin üzvlərinə ərzaq yardımı göstərilib.​ ​
Məktəbin əməkdaşlarının iştirakı ilə 80-dən çox şagird və 12 nəfərdən ibarət işçi heyətinə yardım paketləri çatdırılıb.
Qeyd edək ki, "Real Madrid" Fondunun sosial futbol məktəbi Gənclər və İdman Nazirliyi ilə Fondun 2013-cü ildə imzaladığı əməkdaşlıq müqaviləsi çərçivəsində yaradılıb. İlk layihə uğurlu nəticə göstərdiyinə görə, 2018-ci ilin yanvar ayında yeni müqavilə imzalanıb və məktəbin fəaliyyəti 2022-ci ilə qədər uzadılıb. Bu müddət ərzində yüzlərlə şagird futbola cəlb olunub və onlardan bəziləri hazırda peşəkar karyerasını davam etdirir.
Xatırladaq ki,​ "Real Madrid" Fondunun Azərbaycandakı sosial futbol məktəbi MDB məkanında birinci, Avropada 8-ci olaraq yaradılıb.

31250 oxunub

InvestAZ