XƏBƏR LENTİ
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



Pilotlar Bakı Halqasında yarışacaqlar
İdman 15:54 / 21.05.2020
Formula 1 şirkəti martın sonunda virtual "F1 Esports Virtual Grand Prix” çempionatına start verib. "F1 2019” oyun bazasında təşkil olunan çempionatda əvvəlcə 6 mərhələnin - Bəhreyn, Vyetnam, Çin, Niderland, İspaniya və Monakonun keçirilməsi nəzərdə tutulmuşdu.
​ Formula 1 üzrə dünya çempionatının yeni mövsümü iyulda start götürəcəyindən təşkilatçılar daha 3 virtual yarış təşkil etməyi qərara alıblar. Belə ki, iyunun 7-də pilotlar virtual olaraq Bakı şəhər halqasında mübarizə aparacaqlar. İyunun 14-də Kanada, bir həftə sonra isə Fransa Qran-Pri yarışları baş tutacaq.
Virtual çempionatda Formula 1 yarışlarında iştirak edən 20 pilotdan 7-si iştirak edir. Bunlar Şarl Lekler, Aleks Elbon, Lando Norris, Karlos Sayns, Antonio Covinatsi, Corc Rassell və Nikolas Latifidir.
Mayın 24-də virtual çempionatın növbəti mərhələsi – Monako Qran-Prisi təşkil olunacaq.
Qeyd edək ki, koronavirus pandemiyasına görə Avstraliya, Monako və Fransa Qran-priləri artıq ləğv olunub. Bəhreyn, Vyetnam, Çin, Niderland, İspaniya, Azərbaycan və Kanada yarışları isə qeyri-müəyyən tarixə təxirə salınıb.

35272 oxunub

InvestAZ