XƏBƏR LENTİ
02 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025
19 İyun 2025



21 atlet neytral status alıb
Olimpiya oyunları 12:19 / 23.02.2019


Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası (IAAF) neytral status ilə əlaqədar müraciət edən daha 21 rusiyalı idmançının müraciətinə müsbət cavab verib.

Beynəlxalq yarışlarda iştirak etmək üçün imkan yaradan neytral statusa bundan əvvəl 42 rusiyalı atlet sahib olub.

Qeyd edək ki, 2016-cı ilin dekabrında IAAF Ümumrusiya Yüngül Atletika Federasiyasının (ÜYAF) fəaliyyətini dayandırdığı zaman Rusiya idmançılarının neytral statusda çıxış etməsinə qərar verib. Yanvarın əvvəlində yalnız ABŞ-da yaşayan rusiyalı idmançı Darya Klişina bu statusa sahib ola bilib. Yanvarın sonunda IAAF həmin dövrün meyarlarından birinin yerinə yetirilmədiyinə görə yaz aylarında keçiriləcək növbəti IAAF Şurasına qədər ÜYAF-ın öz hüquqlarını bərpa edə bilməyəcəyi barədə bəyanat yayıb.

Xatırladaq ki, 2016-cı ildə Olimpiya Oyunları ərəfəsində Beynəlxalq Olimpiya Komitəsi 2008-ci və 2012-ci illərdəki Yay Olimpiya Oyunlarının iştirakçılarından götürülmüş dopinq nümunələrinin hərtərəfli təkrar yoxlanmasını təşkil edib. Nəticədə onlarla rusiyalı idmançı tərəfindən antidopinq qaydalarının pozulması faktları aşkar olunub. Uzun sürən araşdırmalardan sonra həmin idmançıların yarışlarda göstərdiyi nəticələr ləğv edilib.


45585 oxunub

InvestAZ